Nahiv Elminin Tərifi
Bunu bil ki, başladığımız bu elm Ərəbcədə nahiv elmi adlanır. Onu izah etmək lazımdır. “Nahiv” sözü lüğətdə bir neçə mənaya gəlir. O mənalardan birincisi “yön, tərəf” mənasıdır. Bu ifadədə olduğu kimi: سرت نحو دار فلان “Filankəsin evinə tərəf getdim”. İkincisi “niyyət, məqsəd” mənasıdır. Bu ifadədə olduğu kimi: نحوت نحوك “Sənin niyyət etdiyinə niyyət etdim”. Üçüncüsü “növ, çeşid” mənasıdır. Bu ifadədə olduğu kimi: عندى ثلثة انحاء من الطعام “Yanımda üç növ yemək var”. Dördüncüsü “miqdar” mənasıdır. Bu ifadədə olduğu kimi: جاء الجيش و هم نحو الف “Ordu gəldi, onların sayı təxminən min idi”. Beşincisi “bənzərlik, oxşarlıq” mənasıdır. Bu ifadədə olduğu kimi: مررت برجل نحوك “Sənə bənzəyən bir adama rast gəldim”. Altıncısı “çevir, döndərmə, yönəltmə” mənasıdır. Bu ifadədə olduğu kimi: نحوت بصرى إليك “Baxışımı sənə yönəltdim”. Yeddincisi “qəbilə, dəstə, toplum” mənasıdır. Bu ifadədə olduğu kimi: نظرت إلى نحو بنى تميم “Bəni Təmim qəbiləsinə baxdım”.
| نَحْوٌ sözünün lüğəvi mənaları |
| Yön | جهت |
| Məqsəd | قصد |
| Növ | نوع |
| Miqdar | مقدار |
| Bənzərlik | شبه |
| Çevir | صرف |
| Qəbilə | قبيلة |
Nahiv sözünün istilahi mənası isə – qayda, əsas və prinsipləri öyrədən və kəlmənin sonundakı halların irab və bina baxımından bilindiyi bir elmdir.