Sarf biliklərinə giriş
Sarf elmi, Ərəbcədə bir sıra isim və feilərin aldıqları müxtəlif formaları və bu formalar nəticəsində qazandıqları müxtəlif mənaları əhatə edir. Sarf, lüğətdə bir şeyi bölmək, parçalamaq deməkdir. Sarf elminə bəzi klassik mətnlərdə “tasrifat” adı da verilir.
Bütün dillərdə olan keçmiş, indiki və gələcək zaman feilərin mənalarını ifadə edir. Biz bu kimi zamanlardan istifadə edərək fikrimizi ifadə edirik. Müxtəlif zaman və müxtəlif formalardakı feilərə ön şəkilçilər gətirərək onları inkar, davamlı və ya qeyri-davamlı hala sala bilərik. İsimlərin tasrifatı feilərə nisbətən daha azdır.
Bir feil kökünü, yəni məzdarını bilməyimiz, mazisini, yəni keçmiş zamanını bilməyimiz və muzarisini, yəni indiki zaman quruluşunu bilməyimiz həmin feilə aid bütün şəkilləri düzəltməyimizə imkan verir. Bu şəkillər daha əvvəl emsilə dərsində izah olunduğu kimi “emsile-i muxtelife”, yəni müxtəlif “dəyişən, fərqli” nümunələr cədvəlində göstərildiyi kimi 24 ədəddir. Bu 24 formanın, yəni siğənin ümumilikdə 13-ü feil, 4-ü məzdar və 7-si isə isimdən ibarətdir.
Haqqında danışdığımız bu 24 formaya müəyyən olan feil formalarını əlavə edəcəyik və zamirlərlə birlikdə çəkməklə, istifadə olunan feilərin 80-90 faizinin bütün mənalarını hər tərəfli bilmiş olacağıq. Bu feilər quruluşuna görə səhih və ya qeyri-səhih olmaqla iki yerə bölünür. Səhih feil, tərkibində ا, و və ya ي hərflərindən biri olmayan feilərə deyilir. Qeyri-səhih isə bunun əksinə, tərkibində ا, و, ي və ya şəddəli hərf olan feilərə deyilir.
Sarf elmimizə aid dərslərimiz emsilə və çəkmələrlə başlayacaq, bina kitabında izah olunan mövzular üzrə feilərin formaları və qazandıqları mənalar üzərində dayanılacaq və sonda isə məqsud kitabına aid olan ilal “ا, و, ي kimi hərflərin düşməsi, hərflərin dəyişməsi” və ibdal “ا, و, ي kimi hərflərin çevrilməsi” mövzuları əsas götürüləcək, əlavə olaraq izzi kitabının əsas mövzuları da aralara yerləşdirilərək sizə Sarf elmi haqqında bilməli olduğunuz bütün məlumatlar təqdim olunacaq.