Danışıq 4
عَلِيٌّ: أَيْنَ خَادِمُكُمْ يَا حُسَيْنَ؟
Əli: Xidmətçiniz haradadır, Hüseyn?
حُسَيْنٌ: فِي الْمُسْتَشْفَى
Hüseyn: Xəstəxanadadır
عَلِيٌّ: لِمَاذَا؟
Əli: Niyə?
حُسَيْنٌ: صَدَمْتُهُ سَيَّارَةٌ فِي الطَّرِيقِ وَ هُوَ يَلْتَفِتُ يَمْنَةً وَ يَسْرَةً
Hüseyn: Yolda sağa-sola baxanda ona maşın dəydi
عَلِيٌّ: وَ مَنَ حَمَلَهُ إِلَى الْمُسْتَشْفَى؟
Əli: Onu xəstəxanaya kim apardı?
حُسَيْنٌ: رَاهُ أَحَدُ رِجَالِ الْإِسْعَافِ فَحَمَلَهُ فِي سَيَّارَةٍ إِلَيْهَا
Hüseyn: Təcili yardım işçilərindən biri onu gördü və maşınla xəstəxanaya apardı
عَلِيٌّ: لَعَلَّ أَعْضَائَهُ سَلِيمَةٌ
Əli: Ümid edirəm ki, orqanları salamatdır (heç bir yeri zədələnməyib)
حُسَيْنٌ: قَالَ لِي أَحَدُ رَجَالِ الْإِسْعَافِ إِنَّ سَاقَهُ كُسِرَتْ مِنْ صَدْمَةِ السَّيَّارَةِ
Hüseyn: Təcili yardım işçilərindən biri mənə dedi ki, maşın vurandan sonra onun baldırı sınıb
عَلِيٌّ: لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ. إِنْصَحْ إِخْوَانَكَ يَا حُسَيْنَ أَنْ يَسِيرُونَ عَلَى جَانِبِي الطَّرِيقِ وَ أَلاَّ يَلْتَفِتُوا يَمْنَةً وَ يَسْرَةً وَ أَنْ يَبْتَعِدُ عَنِ الزَّحَامِ
Əli: La havlə və la quvvətə illa billah (Güc və qüvvət yalnız Allahdandır). Qardaşlarına məsləhət gör ki, yolun kənarı ilə getsinlər, sağa-sola baxmasınlar və izdihamdan uzaq dursunlar