İkinci Məf'ulu Birinci Məf'uluna Zidd Olan Fəllər
القِسْمُ الأوَّلُ؛ ما كانَ مَفْعُولُهُ الثَّانِى مُبَايِنًا لِلْأَوَّلِ، نحو؛ أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا. و يَجُوزُ حَذْفُهُمَا و حَذْفُ أَحْدِهِمَا مع قَرِينَةٍ و بِدُونِهَا
القِسْمُ الأوَّلُ (iki mefule müteaddi olan fiillerin) Birinci hissə; ما iki mefule müteaddi olan fiiller elə fellərdir ki; كانَ oldu, مَفْعُولُهُ onun (söhbət gedən fellərin), الثَّانِى ikinci mefulü, مُبَايِنًا mübayin, zidd, لِلْأَوَّلِ birinci mefule. نحو Misal; أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا "Zeydə bir dirhəm verdim" kimidir. و يَجُوزُ və caizdir, حَذْفُهُمَا belə bir müteaddi fellin iki mefulunun da hazf edilməsi (misalda zeyd və dirhəm sözləri), و حَذْفُ və hazf edilməsi, أَحْدِهِمَا bu iki mefuldan birinin, مع قَرِينَةٍ hazf ediləcək mefule işarə edən karinə ilə birlikdə, و بِدُونِهَا və ya onsuz, yəni hazf ediləcək mefule işarə edən karinə olmadan hazf edilməsi.
Mətnin Ümumi Mənası; İki mefule müteaddi olan fellər 3 hissəyə bölünür. Bunlardan birincisi; "İkinci mefulü, birinci mefuluna zidd olan fellər"dir. Misal; أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا "Zeydə bir dirhəm verdim"
| دِرْهَمًا | زَيْدًا | أَعْطَيْتُ |
| 2. Meful | 1. Meful | Müteaddi fel+fail |
| Zeydə bir dirhəm verdim | ||
Nümunədə göründüyü kimi, mütəəddi olan عَطَى feilinin ikinci məfulu olan دِرْهَمْ kəlməsi, birinci məfulu olan زَيْدْ kəlməsindən başqa bir şeydir. Burada ikinci məful olan دِرْهَمْ kəlməsi, birinci məful olan زَيْدْ kəlməsinə tətbiq oluna bilməz. دِرْهَمْ kəlməsi ilə زَيْدْ kəlməsinin bir əlaqəsi yoxdur. Məhz عَطَى feili, tədiət xüsusiyyəti ilə iki məfula mütəəddi oldu və ikinci aldığı məful, birinci aldığı məfuldan asılı olmadı. Bu feilər, iki məful alan mütəəddi feilərin birinci hissəsidir. İki məful alan mütəəddi feilərin, hər iki məfulunun birdən hazf edilməsi caizdir. Yaxud, iki məfuldan hazf ediləcək birinin, hazf ediləndə məfula dəlalət edən bir karinə ilə hazf edilməsi caizdir və ya məhzuf məfula dəlalət edəcək karinə olmadan da iki məfuldan birinin hazf edilməsi caizdir. Hər iki hal etibarlıdır. Qısası; İki məfula mütəəddi olan feilərin məfullarının hər ikisinin və ya yalnız birinin hazf edilməsi, karinəli və ya karinəsiz halda belə keçərlidir və hazf oluna bilər.