1.1 Lazım Fəllər
Fiil iki növdə olur: lazım və mütəəddi. Lazım fiil odur ki, onun mənası üzərinə bir şey düşmədən, yəni fiil başqa bir şeyə təsir etmədən tam başa düşülür. Məsələn: قَعَدَ زَيْدٌ – "Zeyd oturdu". Bu cümlədə قَعَدَ fiili lazım fiildir. Göründüyü kimi, قَعَدَ fiilinin mənası üzərinə bir şey olmadan başa düşülür. Buna görə də قَعَدَ fiili lazım fiildir. Lazım fiil, cər hərfi olmadan məf'ulu (obyekti) nasb etməz.