İzma, İzama və Meta
إِذْمَا وَ إِذَامَا وَ مَتَى لِلزَّمَانِ
İki felin Muzarini cəzm edən ədatların beşinci, altıncı və yeddinci növü; إذما و إذاما و متى ‘dir. Bu ədatlar zaman üçündür. Yəni zamana da işarə edirlər.
İzma’ya misal; إِذْماَ تَتُبْ تُقْبَلْ تَوْبَتُكَ “Hər nə zaman tövbə etsən, tövbən qəbul olar” cümləsində; تَتُبْ sözü, izma’nın şərt felidir və تُقْبَلْ sözü isə izma’nın cəza felidir, həmçinin zamana işarə edən məczum muzari fellərdir.
İzama’ya misal; إِذاَماَ تَعْمَلْ بِعِلْمِكَ تَكُنْ خَيْرَ النَّاسِ “Hər nə zaman elminlə əməl etsən, insanların xeyirlisi olarsan” cümləsində; تَعْمَلْ sözü, izama’nın şərt felidir və məczumdur, تَكُنْ sözü isə izama’nın cəza felidir və məczumdur.
Meta’ya misal; مَتَى تَحْسُدْ تَهْلِكْ “Hər nə zaman həsəd etsən, həlak olarsan” bu cümlədə isə, تَحْسُدْ sözü, meta’nın şərt felidir, تَهْلِكْ sözü isə meta’nın cəza felidir və məczumdur.