İn-i Şərtiyə

و هِيَ إِنْ لِلشَّرْطِ و الجَزَاءِ

هِيَ o, yəni iki muzari felini cəzm edən ədatlardan birincisi; إن-dir. Bu إن-i şartiye, لِلشَّرْطِ و الجَزَاءِ şərt və cəza üçündür. Birinci muzari şərt, ikinci muzari cəzadır. Misal:

لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

لِّلَّهِ Allah üçündür, ما فِي السَّمَاواتِ göylərdə olan şey, وَمَا فِي الأَرْضِ və yerdə olan şey, وَإِن və əgər, تُبْدُواْ aşkara çıxarsanız, مَا فِي أَنفُسِكُمْ özünüzdə, nəfsinizdə olan şeyləri, أَوْ və ya, تُخْفُوهُ onu gizlətsəniz, يُحَاسِبْكُم sizi hesaba çəkər, بِهِ onunla, yəni gizlətdiyiniz və ya aşkara çıxardığınızla, اللّهُ Allah hesaba çəkər, فَيَغْفِرُ beləliklə bağışlayar, لِمَن o kimsəni ki, يَشَاء istədiyi, وَيُعَذِّبُ və əzablandırar, مَن o kimsəni ki, يَشَاء istədiyi, وَاللّهُ və Allah; عَلَى كُلِّ شَيْءٍ hər şey üzərində, قَدِيرٌ qüdrətlidir.

Bəqərə surəsi 284-cü ayə: Göylərdə və yerdə olan hər şey Allah’a aiddir. Əgər siz nəfsinizdə olanı aşkara çıxarsanız və ya onu gizlətsəniz də Allah sizi onunla hesaba çəkər. Artıq istədiyi kimsəni bağışlayar, istədiyi kimsəni də əzablandırar. Allah hər şeyə qadirdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İn-i Şərtiyə
🎓
Xoş gəldiniz! Sual soruşun!