İzen
Muzari feli nasb eden edatların dördüncüsü 'izen'dir. Bu 'izen' şərt və cəza üçün işlədilir. İzen edatının təsir etməsi üçün şərt odur ki, fel gələcək zamanda olsun və özündən əvvəl heç bir şeyə bağlı olmasın, həmçinin izen edatının təsir etdiyi muzari fel xəbər mahiyyətində və hal mənasında olmasın. Əgər bu şərtlər yerinə yetirilməzsə, izen sözünün təsiri olmaz. Məsələn: إِذَنْ أَظُنُّكَ كَاذِبًا burada muzari fel hal mənasındadır və izen edatı təsir etməmişdir.