Key
Fiili muzariyə nasb edən ədətlərin üçüncüsü 'key'dir. Bu ədət səbəb bildirir. Özündən əvvəl gələn muzari fiili, özündən əvvəlki hökmə səbəb edir. Məsələn: أَسْلَمْتُ كَىْ أَدْخُلَ الجنَّةَ – "Cənnətə girmək üçün müsəlman oldum" kimi. Bu tərkibdəki كَىْ sözü, özündən sonrakı أَدْخُلَ fiilini, özündən əvvəlki أَسْلَمْتُ sözünə səbəb edir. Yəni, daxil olmağımın səbəbi müsəlman olmağımdır. Bu 'key' ədəti də, 'ən' kimi mə'mulunu məstərə təvil edir. Yəni, cənnətə "girmək üçün" deməklə, "girməyim üçün" demək eynidir. Bu 'key' ədəti həm hərfi cərdir, yəni cər edir, həm də fiili muzariyə nasb edir.