Mənəl Feli
وَ التَّاسِعُ مَعْنَى الْفِعْلِ؛ یəni hər bir söz ki, ondan fiil mənası başa düşülür, məsələn; هَيْهَاتَ الْمُذْنِبُ مِنْ اللهِ تَعَالَى və تَرَاكِ ذَنْبًا və məsələn; مَا فِي الدُّنْيَا رَاحَةٌ və məsələn; يَنْبَغِى لِلْعَالِمِ أَنْ يَكُونَ مُحَمَّدِيًّا خُلُقُهُ
وَ التَّاسِعُ Dokuz Qiyasi Amillərin doqquzuncusu; مَعْنَى الْفِعْلِ mənəvi fiildir. یəni, كُلُّ لَفْظٍ hər bir söz ki, يُفْهَمُ başa düşülür, مِنْهُ ondan, yəni hər bir sözdən; مَعْنَى الْفِعْلِ fiil mənası. نَحْوُ mənəvi fiilin nümunəsi belədir; هَيْهَاتَ الْمُذْنِبُ مِنْ اللهِ تَعَالَى “Müznib (günahkar) Allah-u Təala’dan uzaq oldu” və تَرَاكِ ذَنْبًا “Günahı tərk et!” وَ نَحْوُ və yenə belədir; مَا فِي الدُّنْيَا رَاحَةٌ “Dünyada rahatlıq yoxdur” kimi. وَ نَحْوُ və yenə belədir; يَنْبَغِى لِلْعَالِمِ أَنْ يَكُونَ مُحَمَّدِيًّا خُلُقُهُ “Alimin əxlaqı Məhəmmədi olmalıdır” kimi.
Mətnin Ümumi Mənası; Doqquz Qiyasi Amilin doqquzuncusu Mənəvi Fiildir. Yəni, özündən fiil mənası başa düşülən hər bir sözdür. Nümunə;
هَيْهَاتَ الْمُذْنِبُ
tərkibində هَيْهَاتَ “uzaq oldu” deməkdir və keçmiş fiil mənasındadır, esmaul efal olduğu üçün mənəvi fiildir. Digər nümunə;
تَرَاكِ ذَنْبًا
tərkibində تَرَاكِ sözü اُتْرُكْ “Tərk et!” mənasındadır və esmaul efaldandır, mənəvi fiildir. Digər nümunə;
مَا فِي الدُّنْيَا رَاحَةٌ
tərkibində فِي الدُّنْيَا cər və məcrurdur. Birlikdə zarf-ı müstəqar olmaqla mənəvi fiildir. Digər nümunə;
يَنْبَغِى لِلْعَالِمِ أَنْ يَكُونَ مُحَمَّدِيًّا خُلُقُهُ
tərkibində مُحَمَّدِيًّا sözü ismi mensubdur və mənəvi fiildir.
| هَيْهَاتَ |
| الْمُذْنِبُ | هَيْهَاتَ |
| günahkar | Uzaq oldu |
| fail | manevi feil |
| Günahkar uzaq oldu |
| تَرَاكِ |
| ذَنْبًا | تَرَاكِ |
| günahı | tərk et |
| fail | manevi feil |
| Günahı tərk et! |