Esma-i Həmsə
Əsma-i Sittə (Mütəkəllim ya-sından başqasına izafə edildikləri halda) olan أَخُوكَ və أَبُوكَ حَمُوكِ və هَنُوكَ və فُوكَ və ذُومَالِ isimlərin rafa halı vav, nəsb halı əlif və cərr halı ya ilədir. Bu isimlər əgər izafə edilmədikdə müfrəd kimi istifadə olunduqda بُ və أَخٌ və حَمٌ və هَنٌ və فُو və ذُو müfrəd ismin irabını alırlar. Məsələn; أَبٌ və أَبًا və أَبٍ kimi. Əgər mütəkəllim ya-sına izafə edilərlərsə, mütəkəllim zamirinə izafə olunan digər sözlər kimi, ya-nın əvvəlindəki hərfin üzərinə təqdirən irab alırlar. Məsələn; جَاءَ أَبِي “Atam gəldi” – mütəkəllim ya-sı fail olan أَبٌ sözünü təqdirən, ondan əvvəlki hərfin irabı ilə irabladı. Məf'ul mövqeyinə misal; رَأَيْتُ أَبِي “Atamı gördüm” sözündə də eyni hal keçərlidir. Məf'ul mövqeyində olan أَبًا sözü mütəkəllim ya-sı səbəbilə təqdirən irablanıb. Muzafun ileyh mövqeyinə misal; رَكِبْتُ سَيَّارَةَ أَبِي “Atamın maşınına mindim” sözündə isə muzafun ileyh olan أَبٍ sözü mütəkəllim ya-sı səbəbilə təqdirən irablanıb. Əsma-i sittə (Əslində əsma-i xəmsədir. هَنٌ sözü insanın ayıb yeri olduğuna görə alimlər onu ədəben saymayıblar. Ümumiyyətlə bir çox yerdə əsma-i sittə adlandırılır. Misallarımızda هَنٌ sözünə yer verməyəcəyik) üçün qısa olaraq rafa, nəsb və cərr əlamətlərinə misallar; جَاءَ اَبٌ “Bir ata gəldi” və رَأَيْتُ اَبًا “Bir ata gördüm” və سَلَّمْتُ عَلَى أَبٍ “Bir ataya salam verdim” kimi. جَاءَ أَخُوكَ “Qardaşın (kişi) gəldi” və نَظَرْتُ أَخَاكَ “Qardaşına (kişi) baxdım” və سَلَّمْتُ عَلَى أَخِيكَ “Qardaşına (kişi) salam verdim” kimi. Hər hansı bir qadının; شَرِبَ حَمُوكِ “Qayın içdi” və رَأَيْتُ حَمَاكِ “Qaynını gördüm” və سَلَّمْتُ عَلَى حَمَيكِ “Qaynına salam verdim” kimi. فُوهُ “Onun ağzı” və نَظَرْتُ فَاكَ “Ağzına baxdım” və وَضَعْتُ قِطْعَةَ اللَّحْمِ فِي فِيكِ “Ağzına bir parça ət qoydum” kimi. ذُو الْجَلاَلِ “Cəlal sahibi” və يَا ذَا الْجلاَلِ “Ey Cəlal sahibi” və يَسْئَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ “Səndən Zülqərneyn barəsində soruşurlar” kimi. Bu əsma-i sittə mütəkəllim ya-sına izafə ediləndə, əvvəlki hərfin hərəkəsi ilə təqdirən hərəkələnir və əgər mütəkəllim ya-sı yoxdursa və müfrəd kimi istifadə olunursa, müfrəd ismin irabını alır və təzğir olunduqda isə adi qaydada, mütəkəllim ya-sı olmadan, eyni müfrəd münsərif kimi irablanır. Məsələn; جَاءَ أُبَيٌّ “Atacıgım gəldi” və رَأَيْتُ اُبَيًّا “Atacıgımı gördüm” və مَرَرْتُ بِأُبَيٍّ “Atacıgıma rast gəldim” kimi.