18. Yer zərfləri
| وَرَاءَ | o tərəfində |
| بَيْنَ | arasında |
| تَحْتَ | altında |
| فَوْقَ | üstündə |
| خَلْفَ | arxasında |
| أَمَامَ | qarşısında |
| فِي | içində |
| عِنْدَ | yanında |
| عَلَى | üzərində |
Cədvəldəki məkan zərfləri axtarılan şeyi göstərmək üçün cavab kimi verilir. Bu cavablara uyğun olaraq أَيْنَ "eyne-harada" sualını veririk. Bundan əlavə هَلْ "hel, mi, mə, mu, mü və s." sual şəkilçisi ilə də təsdiqləmək və düzgün başa düşmək üçün sual veririk. Əgər cavabda deyilən şey doğrudursa نَعَمْ ilə "bəli, o buradadır" və ya mənfi və müzekkərdirsə لاَ لَيْسَ ilə "xeyr, o burada deyil" və mənfi müənnəsdirsə لاَ لَيْسَتْ ilə "xeyr, o burada deyil" kimi cavab verilir. Məsələlərə keçək...
| Sual |
أَيْنَ الْقَلَمُ؟ Qələm haradadır? |
| Cavab |
اَلْقَلَمُ عَلَى الْمِنْضَدَةِ Qələm masanın üzərindədir. |
| Sual |
أَيْنَ الْكِتَابُ Kitab haradadır? |
| Cavab |
اَلْكِتَابُ عَلَى الرَّفِّ Kitab rəfin üzərindədir. |
| Sual |
أَيْنَ الْمِسْطَرَةُ Xətkeş haradadır? |
| Cavab |
اَلْمِسْطَرَةُ عَلَى الْكِتَابِ Xətkeş kitabın üzərindədir. |
| Sual |
أَيْنَ الْمَسَّاحَةُ Taxta silgisi haradadır? |
| Cavab |
اَلْمَسَّاحَةُ تَحْتَ الْمِنْضَدَةِ Taxta silgisi masanın altındadır. |
| Sual |
أَيْنَ الْقَلَمُ Qələm haradadır? |
| Cavab |
اَلْقَلَمُ فِي الْمِحْفَظَةِ Qələm çantanın içindədir. |
| Sual |
هَلِ الْقَلَمُ عَلَى الْمِنْضَدَةِ؟ Qələm masanın üzərindədir? |
| Müsbət |
نَعَمْ، اَلْقَلَمُ عَلَى الْمِنْضَدَةِ Bəli, qələm masanın üzərindədir |
| Mənfi |
لاَ لَيْسَ الْقَلَمُ عَلَى الْمِنْضَدَةِ Xeyr, qələm masanın üzərində deyil |