Fe’lele فَعْلَلَةً Babı
اَلْبَابُ الْخَامِسُ؛ مِنْهَا فَعْلَلَ يُفَعْلِلُ فَعْلَلَةً وِ فِعْلاَلاً وَ مَوْزُونُهُ؛ جَلْبَبَ يُجَلْبِبُ جَلْبَبَةً وَ جِلْبَابًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى أَرْبَعَةِ أَحْرُفٍ بِزِيَادَةِ حَرْفٍ وَاحِدٍ مِنْ جِنْسِ لاَمِ فِعْلِهِ فِي آخِرِهِ وَ بِنَاؤُهُ؛ لِلتَّعْدِيَّةِ، نَحْوُ؛ جَلْبَبَ زَيْدٌ عَمْرًا
اَلْبَابُ الْخَامِسُ beşinci bab, مِنْهَا ondan, yəni 6 dənə olan Rübai mücərrədə mülhəq olanlardan, keçmişi فَعْلَلَ və indiki zamanı يُفَعْلِلُ və məstərləri isə فَعْلَلَةً və فِعْلاَلاً vəzinlərində gəlir. وَ مَوْزُونُهُ bu babın məvzunu keçmişdə جَلْبَبَ və indiki zamanda يُجَلْبِبُ və məstərlərdə isə جَلْبَبَةً və جِلْبَابًا şəklindədir. وَ عَلاَمَتُهُ bu babın alaməti; أَنْ يَكُونَ olmasıdır, keçmişinin, عَلَى أَرْبَعَةِ أَحْرُفٍ dörd hərf üzərində, بِزِيَادَةِ حَرْفٍ وَاحِدٍ bir hərf artımı ilə, مِنْ جِنْسِ لاَمِ فِعْلِهِ lam ul-fiil cinsindən, فِي آخِرِهِ o 3 hərfli fiilin sonuna, وَ بِنَاؤُهُ bu babın quruluşu; لِلتَّعْدِيَّةِ keçidlik üçündür. نَحْوُ keçidli fiilə misal belədir; جَلْبَبَ زَيْدٌ عَمْرًا "Zeyd Amra cilbab geydirdi" kimidir.
Mətinin Ümumi Mənası: Rübai Mücərrəd tək bab olan فَعْلَلَ "dehrace" babına mülhəq olan 6 babın beşincisinin keçmişi فَعْلَلَ və indiki zamanı يُفَعْلِلُ və məstərləri isə فَعْلَلَةً və فِعْلاَلاً vəzinlərində gəlir. Bu baba uyğun gələn məvzunlar keçmişdə جَلْبَبَ və indiki zamanda يُجَلْبِبُ və məstərlərdə isə جَلْبَبَةً və جِلْبَابًا şəklindədir. Bu babın alaməti, əvvəlcə 3 hərfli olan جلب fiilinin sonuna lam ul-fiil cinsindən bir hərf artırılması ilə keçmişinin 4 hərf üzərində olmasıdır. Bu babın quruluşu keçidlik üçündür. Keçidli fiilə misal جَلْبَبَ زَيْدٌ عَمْرًا "Zeyd Amra cilbab geydirdi" kimidir.