Fe’yele فَعْيَلَةً Babı
اَلْبَابُ الرَّابِعُ؛ مِنْهَا فَعْيَلَ يُفَعْيِلُ فَعْيَلَةً وَ فِعْيَالاً وَ مَوْزُونُهُ؛ عَثْيَرَ يُعَثْيِرُ عَثْيَرَةً وَ عِثْيَارًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى أَرْبَعَةِ أَحْرُفٍ بِزِيَادَةِ الْيَاءِ بَيْنَ الْعَيْنِ وَ اللَّامِ وَ بِنَاؤُهُ؛ لِلَّازِمِ فَقَطْ. نَحْوُ؛ عَثْيَرَ زَيْدٌ
اَلْبَابُ الرَّابِعُ dördüncü bab, مِنْهَا ondan, yəni 6 dənə olan Rübai mücərrədə mülhəq olanlardan, mazisi فَعْيَلَ və muzarisi يُفَعْيِلُ və məsdarlari isə فِعْيَالاً və فِعْيَالاً vəzinlərində gəlir. وَ مَوْزُونُهُ bu babın mövzunu mazidə عَثْيَرَ və muzaridə يُعَثْيِرُ və məsdarlarda isə عَثْيَرَةً və عِثْيَارًا şəklindədir. وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُونَ olmasıdır, مَاضِيهِ mazisinin, عَلَى أَرْبَعَةِ أَحْرُفٍ dörd hərf üzrə, بِزِيَادَةِ الْيَاءِ bir ya hərfi artırılması ilə, بَيْنَ الْعَيْنِ وَ اللَّامِ ayn ul-fiil ilə lam ul-fiil arasına. وَ بِنَاؤُهُ bu babın quruluşu; لِلَّازِمِ فَقَطْ yalnız lazım fellər üçündür. نَحْوُ lazım feli üçün misal belədir; عَثْيَرَ زَيْدٌ “Zeyd yıxılıb itdi” kimidir.
Mətnin Ümumi Mənası: Rübai Mücərrədin tək babı olan فَعْلَلَ “dehrace” babına mülhəq olan 6 babın dördüncüsünün mazisi فَعْيَلَ, muzarisi يُفَعْيِلُ və məsdarlari isə فِعْيَالاً və فِعْيَالاً vəzinlərində gəlir. Bu baba uyğun gələn mövzunlar mazidə عَثْيَرَ, muzaridə يُعَثْيِرُ və məsdarlarda isə عَثْيَرَةً və عِثْيَارًا şəklindədir. Bu babın əlaməti, əvvəlcə 3 hərfli olan عثر felinin ayn ul-fiili ilə lam ul-fiili arasına bir ya hərfinin əlavə edilməsi ilə mazisinin 4 hərf üzrə olmasıdır. Bu babın quruluşu yalnız lazım fellər üçündür. Lazım feli üçün misal عَثْيَرَ زَيْدٌ “Zeyd yıxılıb itdi” kimidir.