Rübai Mücerred Bab | 1 Bab
وَ وَاحِدٌ مِنْهَا لِلرُّبَاعِىُّ الْمُجَرَّدِ؛ وَ هُوَ بَابٌ وَاحِدٌ. وَزْنُهُ؛ فَعْلَلَ يُفَعْلِلُ وَ فِعْلاَلاً وَ مَوْزُونُهُ؛ دَحْرَجَ يُدَحْرِجُ وَ دِحْرَاجًا وَ عَلاَمَتُهُ؛ أَنْ يَكُونَ مَاضِيهِ عَلَى أَرْبَعَةِ أَحْرُفٍ بِشَرْطِ أَنْ يَكُونَ جَمِيعُ حُرُوفِهِ اَصْلِيَّةً وَ بِنَاؤُهُ؛ لِلتَّعْدِيَّةِ غَالِبًا وَ قَدْ يَكُونُ لاَزِمًا. مِثَالُ الْمُتَعَدِّى، نَحْوُ؛ دَحْرَجَ زَيْدٌ الْحَجَرَ وَ مِثَالُ اللَّازِمِ، نَحْوُ؛ دَرْبَحَ زَيْدٌ
وَ وَاحِدٌ və bir dənədir, مِنْهَا ondan, yəni 35 babdan, لِلرُّبَاعِىُّ الْمُجَرَّدِ rübai mücərrəd üçün, وَ هُوَ və o bab, بَابٌ وَاحِدٌ yalnız bir babdır, وَزْنُه bu rübai mücərrəd babın vəzni keçmişdə فَعْلَلَ və indiki zamanda يُفَعْلِلُ və məstərdə isə فِعْلاَلاً vəzinlərində gəlir. وَ مَوْزُونُهُ və bu babın mövzunu keçmişdə دَحْرَجَ və indiki zamanda يُدَحْرِجُ və məstərdə isə دِحْرَاجًا şəklindədir. وَ عَلاَمَتُهُ bu babın əlaməti; أَنْ يَكُون olmasıdır, مَاضِيهِ keçmişinin, عَلَى أَرْبَعَةِ أَحْرُفٍ dörd hərf üzərində, بِشَرْطِ bir şərt ilə, أَنْ يَكُون olmasıdır, جَمِيعُ حُرُوفِهِ bu babdan gələn felin hərflərinin hamısının, اَصْلِيَّةً əsas olması, وَ بِنَاؤُهُ bu babın quruluşu; لِلتَّعْدِيَّةِ keçidlik üçün; غَالِبًا çox vaxt, وَ قَدْ يَكُونُ bəzən olur, لاَزِمًا lazım üçün. مِثَالُ الْمُتَعَدّ bu babdan gələn keçidli felə misal, نَحْوُ belədir; دَحْرَجَ زَيْدٌ الْحَجَرَ "Zeyd daşı yuvarladı" və وَ مِثَالُ اللَّازِمِ lazım felə misal, نَحْوُ belədir; دَرْبَحَ زَيْدٌ "Zeyd başını əydi" kimi.
Mətinin Ümumi Mənası; 35 babın bir dənəsi Rübai Mücərrəd üçün nəzərdə tutulub. Bu rübai mücərrəd yalnız bir babdır. Bu babın keçmiş vəzni فَعْلَلَ, indiki zamanı يُفَعْلِلُ və məstəri isə فِعْلاَلاً vəzinlərində olur. Bu vəzinlərə uyğun gələn mövzun isə keçmişdə دَحْرَجَ, indiki zamanda يُدَحْرِجُ və məstərdə isə دِحْرَاجًا şəklindədir. Bu babın əlaməti, bütün hərflərinin əsas olması şərti ilə keçmişinin 4 hərf üzərində olmasıdır. Bu babın quruluşu çox vaxt keçidli, bəzən isə lazım üçün olur. Keçidli felə misal دَحْرَجَ زَيْدٌ الْحَجَرَ "Zeyd daşı yuvarladı" ifadəsindəki دَحْرَجَ və lazım felə misal دَرْبَحَ زَيْدٌ "Zeyd başını əydi" ifadəsindəki دَرْبَحَ felidir.
| دَحْرَجَ və ya فَعْلَلَ Babı |
| Lâm ul-Fiil 2 | Lâm ul-Fiil | Ayn ul-Fiil | Fa ul-Fiil | Vezin |
| ـلَ | ـلَـ | ـعْـ | فَـ | فَعْلَلَ |
| جَ | ـرَ | حْـ | دَ | دَحْرَحَ |
| ـحَ | بَـ | رْ | دَ | دَرْبَحَ |
Bu babın 4-cü hərfi vezinin lam ul-fiili cinsindən olduğu üçün فَعْلَلَ sözündə axırda olan lam hərfini lam ul-fiil 2 kimi adlandırdım. Bu rübai mücərrəd olaraq tək babdır və bəziləri دَحْرَجَ "dehrəcə" və bəziləri də فَعْلَلَ babı adlandırır. Mən adətən dehrəcə babı deməyi unutmaq üçün münasib hesab edirəm.