Tef’il تَفْعِيلْ Babı

اَلْبَابُ الثَّانِى؛ فَعَّلَ يُفَعِّلُ تَفْعِيلاً. MÖVZUNU; فَرَّحَ يُفَرِّحُ تَفْرِيحًا VƏ ƏLAMƏTİ; Mazi felinin dörd hərfli olması, fa və ayn felinin arasına ayn felinin cinsindən bir hərf artırılmasıdır. Bu babın quruluşu çoxluq, şiddət, mübaliğə üçün olur. Bəzən felin özündə olur, məsələn: طَوَّفَ زًيْدٌ الْكَعْبَةَ "Zeyd Kəbəni çox dövrə vurdu". Bəzən faildə olur, məsələn: مَوَّتَ الْإِبِلُ "Çoxlu dəvələr öldü". Bəzən də mef'ulda olur, məsələn: غَلَّقَ زَيْدٌ الْأَبْوَابَ "Zeyd qapıları möhkəm bağladı".

اَلْبَابُ الثَّانِى Sülasi mücərrəd felin üzərinə bir hərf artırmaqla yaranan üç babdan ikincisinin mazi forması فَعَّلَ, muzari forması يُفَعِّلُ və məsdarı تَفْعِيلاً vəzinində olur. MÖVZUNU bu babın mazi forması فَرَّحَ, muzari forması يُفَرِّحُ və məsdarı isə تَفْرِيحًا şəklindədir. ƏLAMƏTİ bu babın əlaməti odur ki, mazi felinin dörd hərfli olması, sülasi mücərrəd felin fa və ayn felinin arasına ayn felinin cinsindən bir hərf artırılır və bu ayn fel şiddələnir. Bu babın quruluşu çox vaxt "çoxluq, şiddət, mübaliğə" üçün olur. Bəzən bu çoxluq felin özündə olur, məsələn: طَوَّفَ زًيْدٌ الْكَعْبَةَ "Zeyd Kəbəni çox dövrə vurdu". Bəzən faildə olur, məsələn: مَوَّتَ الْإِبِلُ "Çoxlu dəvələr öldü". Bəzən də mef'ulda olur, məsələn: غَلَّقَ زَيْدٌ الْأَبْوَابَ "Zeyd qapıları möhkəm bağladı".
Mətnin Ümumi Mənası; Sülasi mücərrəd felin üzərinə bir hərf artırmaqla yaranan üç babdan ikincisinin mazi forması فَعَّلَ, muzari forması يُفَعِّلُ və məsdarı تَفْعِيلاً vəzinində olur. Bu babın mazi forması فَرَّحَ, muzari forması يُفَرِّحُ və məsdarı isə تَفْرِيحًا şəklindədir. Bu babın əlaməti odur ki, sülasi mücərrəd mazi felin fa və ayn felinin arasına ayn felinin cinsindən bir hərf artırılır və mazi fel dörd hərfli olur. Bu babın quruluşu çox vaxt "çoxluq" üçün olur. Bu çoxluq bəzən felin özündə olur, məsələn: طَوَّفَ زًيْدٌ الْكَعْبَةَ "Zeyd Kəbəni çox dövrə vurdu" cümləsindəki طَوَّفَ felində olduğu kimi. Bəzən faildə olur, məsələn: مَوَّتَ الْإِبِلُ "Çoxlu dəvələr öldü" cümləsindəki الْإِبِلُ failində olduğu kimi. Bəzən də mef'ulda olur, məsələn: غَلَّقَ زَيْدٌ الْأَبْوَابَ "Zeyd qapıları möhkəm bağladı" cümləsindəki الْأَبْوَابَ mef'ulunda olduğu kimi.

Aşağıdakı bəzi fellerin məsdarı تَفْعِيلْ vəzinində gəlmir
Səmai Məsdar Təf'il Babı
Vəzin Mövzun Muzari Mazi
فِعَّالٌ كِذَّابٌ يُكَذِّبُ كَذَّبَ
تَفْعِلَةٌ تَبْصِرَةٌ يُبَصِّرُ بَصَّرَ
مَفَعَّلٌ مُمَزَّقٌ يُمَزِّقُ مَزَّقَ
تِفْعَالٌ تِبْيَانٌ يُبَيِّنُ بَيَّنَ
تَفْعَالٌ تَكْرَارٌ يُكَرِّرُ كَرَّرَ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Tef’il تَفْعِيلْ Babı
🎓
Xoş gəldiniz! Sual soruşun!