En və enne'dən lamın hazfi
وَ الثَّالِثُ؛ أَنْ وَ أَنَّ. فَالْجَارُّ يُحْذَفُ مِنْهُمَا قِيَاسًا، نَحْوُ؛ قَوْلِهِ تَعَالَى؛ عَبَسَ وَ تَوَلَّى أَنْ جَاءَهُ الْأَعْمَى، أَيْ لِأَنْ جَاءَهُ الْأَعْمَى
وَ الثَّالِثُ üçüncüsü, أَنْ ve أَنَّ, فَالْجَارُّ cərr, يُحْذَفُ silinir, مِنْهُمَا bu ikisindən, yəni en və enne’dən, قِيَاسًا qayda olaraq, نَحْوُ misal olaraq; قَوْلِهِ تَعَالَى Allahın bu sözü; عَبَسَ وَ تَوَلَّى أَنْ جَاءَهُ الْأَعْمَى “Ona kor gəldiyinə görə üzünü turşutdu və döndü” ayəsindəki أَنْ kimidir. أَيْ yəni, لِأَنْ جَاءَهُ الْأَعْمَى “Ona kor gəldiyinə görə, gəlməsi ilə” mənasındadır.
Mətnin Ümumi Mənası: Hərfi-cərrin qayda üzrə silindiyi üçüncü yer en və enne’dır. Misal; عَبَسَ وَ تَوَلَّى أَنْ جَاءَهُ الْأَعْمَى “Ona kor gəldiyinə görə üzünü turşutdu və döndü” ayəsindəki en kimi, təqdiri isə لِأَنْ جَاءَهُ الْأَعْمَى şəklindədir.
Bu ikisindən (en və enne) cərr qayda üzrə silinir. Misal; Allah-Təalanın bu kəlamı; عَبَسَ و تَوَلَّى اَنْ جَائَهَ العَمَى (üzünü turşutdu və döndü, Ona korun gəlməsi ilə) Bu ayədəki اَنْ جَائَهَ ifadəsi, en-i masdariyyə ilə “gəlməsi” mənasını verir. Əslində “gəlməsi” demək “gəldiyinə görə” mənasına bərabərdir. Bir insana "səni görməyə gəldim" demək ilə "səni görmək üçün gəldim" demək eynidir. Lakin ikinci cümlədə "üçün" sözü açıq şəkildə deyilir. Eyni ayədə isə, لِأنْ mənası var, lakin lam hərfi-cərri yüngüllük üçün silinmişdir. Eyni hal enne üçün də keçərlidir. شَهَدْتُ لِأَنَّ الحَقَيقَة bu misalda, Hakikat olduğu üçün şahid oldum. Bu misalda lam hərfi-cərri qayda üzrə silinir və شَهَدْتُ أَنَّ الحَقَيقَة Hakikat olmasına şahid oldum.