وَ الْعَامِلُ فِي اسْمٍ وَاحِدٍ; bir isimde amil olan, حُرُوفٌ onu (ismi) cer edən hərflərdir. Bu hərflər حُرُوفَ الْجَرِّ "Cer hərfləri" və الْحُرُوفَ الْإِضَافَةِ "İzafət hərfləri" adlanır. Onlar iyirmi dənədir: اَلْبَاءُ, yapışdırmaq üçün. مِنْ, başlanğıc üçün. إِلَي, son üçün. عَنْ, uzaqlaşma və keçib getmək üçün. عَلَى, üstünə olmaq üçün. اللَّامُ, səbəb və ya xüsusiləşdirmək üçün. فِي, zərflik üçün. الْكَافِ, bənzətmək üçün. حَتَّى, son hədd üçün. رُبَّ, azlıq üçün. وَاوُ الْقَسَمِ və تَاءُ الْقَسَمِ, and üçün. حَاشَا, istisna üçün. مُذْ və مُنْذُ, keçmiş zamanda başlanğıc üçün və bəzən iki isim olur. خَلاَ və عَدَا, istisna üçün və çox vaxt iki fel olur. لَوْلاَ, bir şeyin olmamasını başqa bir şeyin olması ilə əlaqələndirmək üçün, əgər ona zamir birləşərsə. كَيْ, sual "ma"sı ilə birləşəndə səbəb üçün. لَعَلَّ, "Ukeyl" lüğətində ümid üçün.
Bir isimdə amil olan, ismi cer edən hərflərdir. Bu hərflər "Cer hərfləri" və ya "İzafət hərfləri" adlanır. Bu cer hərfləri 20 dənədir. Birincisi: بَاءُ "ba" cer hərfidir, yapışdırmaq üçün. İkincisi: مِنْ "min" cer hərfidir, başlanğıc üçün. Üçüncüsü: إِلَي "ilâ" cer hərfidir, son üçün. Dördüncüsü: عَنْ "an" cer hərfidir, uzaqlaşma və keçib getmək üçün. Beşincisi: عَلَى "âlâ" cer hərfidir, üstünə olmaq üçün. Altıncısı: اللَّامُ "lâm" cer hərfidir, səbəb və ya xüsusiləşdirmək üçün. Yeddincisi: فِي "fiy" cer hərfidir, zərflik üçün. Səkkizincisi: الْكَافِ "kef" cer hərfidir, bənzətmək üçün. Doqquzuncusu: حَتَّى "hatta" cer hərfidir, son hədd üçün. Onuncusu: رُبَّ "rubbe" cer hərfidir, azlıq üçün. Onbirincisi: وَاوُ الْقَسَمِ "vav ul-kasem" (and vavı) cer hərfidir, and üçün. Onikincisi: تَاءُ الْقَسَمِ "ta ul-kasem" (and ta'sı) cer hərfidir, and üçün. Onüçüncüsü: حَاشَا "hâşâ" cer hərfidir, istisna üçün. Ondörd və Onbeşincisi: مُذْ və مُنْذُ "müz" və "münzü" cer hərfləridir, keçmiş zamandan başlanğıc üçün, bəzən iki isim olurlar. Onaltı və Onyedincisi: خَلاَ və عَدَا "hâlâ" və "âdâ" cer hərfləridir, istisna üçün, çox vaxt iki fel olurlar. Onsekizincisi: لَوْلاَ "levla" cer hərfidir, levla'nın başına zamir birləşəndə, bu zamirdən başqasının mövcud olması üçün istifadə olunur. Ondokuzuncusu: كَيْ "key" cer hərfidir, bu key cer hərfinə sual "ma"sı birləşəndə (كَيْمَه gələcəkdə izah olunacaq) səbəb üçün istifadə olunur. Yirmincisi: لَعَلَّ "lealle" cer hərfidir, Ukeyl lüğətinə görə ümid üçün.