Avamil – Təsir edənlər

وَ بَعْدُ فَاعْلَمْ أَنَّهُ لاَ بُدَّ لِكُلِّ طَالِبٍ مَعْرِفَةَ الْإِعْرَابِ مِنْ مَعْرِفَةِ مِأَةِ شَيْئٍ. سِتُّونَ مِنْهَا تُسَمَّى عَامِلاً وَ ثَلاَثُونَ مِنْهَا تُسَمَّى مَعْمُولاً وَ عَشَرَةٌ مِنْهَا تُسَمَّى عَمَلاً وَ إِعْرَابًا. فَأُبَيِّنُ لَكَ بِإِذْنِ اللهِ تَعَالَى هَذَا الثَّلَثَةَ عَلَى طَرِيقِ الْإِيجَازِ فِي ثَلَثَةِ أَبْوَابٍ. اَلْبَابُ الْأَوَّلُ؛ فِي الْعَامِلِ، اَلْبَابُ الثَّانِى فِي الْمَعْمُولِ، اَلْبَابُ الثَّالِثُ؛ فِي الْإِعْرَابِ

وَ بَعْدُ və bundan sonra (yəni bismillə, həmd və salavat oxunduqdan və avamilin tərifləri verildikdən sonra); فَ buna görə, اِعْلَمْ bil ki; أَنَّهُ şübhəsiz ki onun (yəni avamil kitabının öyrənilməsinin yolu) olması, لاَ بُدَّ qaçılmazdır, لِكُلِّ طَالِبٍ hər bir tələbə üçün, مَعْرِفَةَ الْإِعْرَابِ i'rabı öyrənmək istəyən, مِنْ مَعْرِفَةِ bilməsindən (qaçılmazdır); مِأَةِ شَيْئٍ yəni 100 şeyi bilməkdən qaçılmazdır. سِتُّونَ مِنْهَا bu 100 şeydən 60-ı; تُسَمَّى adlandırılır; عَامِلاً amil olaraq, وَ ثَلاَثُونَ مِنْهَا və bu 100 şeydən 30-u; تُسَمَّى adlandırılır; مَعْمُولاً mamul olaraq, وَ عَشَرَةٌ مِنْهَا və bu 100 şeydən 10-u; تُسَمَّى adlandırılır; عَمَلاً əməl olaraq və وَ إِعْرَابًا həmçinin i'rab olaraq adlandırılır. فَ buna görə, أُبَيِّنُ mən izah edəcəyəm; لَكَ sənə, بِإِذْنِ اللهِ تَعَالَى Allah-Təalanın izni ilə, هَذَا الثَّلَثَةَ bu üç şeyi, yəni amil, mamul və i'rabı. عَلَى طَرِيقِ الْإِيجَازِ asan bir yolla, فِي ثَلَثَةِ أَبْوَابٍ üç babda. اَلْبَابُ الْأَوَّلُ birinci bab; فِي الْعَامِلِ amil (təsir edən) haqqındadır. اَلْبَابُ الثَّانِى ikinci bab; فِي الْمَعْمُولِ mamul (təsir olunan) haqqındadır. اَلْبَابُ الثَّالِثُ üçüncü bab; فِي الْإِعْرَابِ i'rab haqqındadır.

Metnin Ümumi Mənası; Bismilləh, həmd və salavatdan sonra bil ki, irab etmək istəyən hər bir tələbə üçün bu 100 şeyi (yəni 60 amil, 30 mamul və 10 irab) bilməkdən qaçmaq olmaz. Bu yüz şeyin 60-ı "amil" adlanır. Bu yüz şeyin 30-u "mamul" adlanır. Bu yüz şeyin 10-u isə "irab və ya əməl" adlanır. Mən, Allah-Təalanın izni ilə bu 3 şeyi (amil, mamul, irab) sənə icaz yolu (asan yol, qısa yol) ilə 3 babda izah edəcəyəm. Birinci bab: Amil haqqındadır. İkinci bab: Mamul haqqındadır. Üçüncü bab: İrab haqqındadır. Avamil – Təsir edənlər | İrab | Mamul | Amil | |------|-------|------| | 10 | 30 | 60 |
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Avamil – Təsir edənlər
🎓
Xoş gəldiniz! Sual soruşun!