Mazi feil – Məlum
فَالْمَبْنِىُّ لِلْفَاعِلِ مِنْهُ مَا كَانَ أَوَّلُهُ مَفْتُوحًا أَوْ كَانَ أَوَّلُ مُتَحَرِّكٍ مِنْهُ مَفْتُوحًا، نَحْوُ؛ إِجْتَمَعَ. فَإِنَّ أَوَّلَ مُتَحَرِّكٍ مِنْ إِفْتَعَلَ هُوَ التَّاءُ. مِثَالُهُ؛ نَصَرَ نَصْرًا نَصَرُوا إِلَى آخِرِهِ… وَ قِسْ عَلَى هَذَا فَعْلَلَ وَ تَفَعْلَلَ وَ افْتَعَلَ وَ انْفَعَلَ وَ افْعَلَّ وَ اسْتَفْعَلَ وَ افْعَالَّ وَ افْعَلَلَّ وَ افْعَوْعَلَ وَ افْعَنْلَلَ وَ افْعَنْلَى وَ افْعَوَّلَ. وَ لاَ تُعْتَبِرُ حَرَكَاتُ الأَلِفَاتِ فِي الْأَوَائِلِ. فَإِنَّهَا زَائِدَةٌ تَثْبُتُ فِي الْإِبْتِدَاءِ وَ تَسْقُطُ فِي الدَّرْجِ
فَالْمَبْنِىُّ mebni olan mazi feilə gəldikdə; لِلْفَاعِلِ fail üçün. Yəni hadis, özü ilə bilinən (kaim olan) zatı bildirmək üçün bina olunan feil. Yəni faili göstərmək üçün qurulan məlum bir mazi feildən danışırıq. O mazi feil də təbii ki, mebni (məlum) olmalıdır ki, faili məchul olmasın, faili məlum olsun. Bəs hadisə özü ilə bilinən (kaim olan) zatı bildirmək üçün bina olunan feil haradan bina olunur? مِنْهُ ondan, yəni mazi feildən bina olunur, مَا o mazi feili ki; كَانَ أًوَّلُهُ o mazi feilin əvvəli oldu, nə oldu? مَفْتُوحًا meftuh, yəni fətahlı oldu. Misal; نَصَرَ kimi. أَوْ və ya, كَانَ أَوَّلُ o mazi feilin əvvəli olur, nə olur? مُتَحَرِّكٍ hərəkətli olur, مِنْهُ ondan, o mazi feildən, مَفْتُوحًا meftuh, yəni fətahlı. Misal; إِجْتَمَعَ kimi. فَإِنَّ çünki, أَوَّلَ مُتَحَرِّكٍ ilk hərəkətli hərf, مِنْ إِفْتَعَلَ ifte’âle babından ilk hərəkətli hərf, هُوَ التَّاءُ ta (تاء) hərfidir. Həmzə keçid zamanı düşür, fa hərfi isə sakitdir. مِثَالُهُ onun (məlum mazi feilin) misalı; نصَرَ نَصْرًا نَصَرُوا sona qədər (bu çəkmələrin sonuna qədər). وَ və, قِسْ müqayisə et! Yəni uyğunlaşdır, bənzət..عَلَى هَذَا bu qeyd olunan نصَرَ نَصْرًا نَصَرُوا sona qədər.. siğalarının üzərinə müqayisə et, nəyi müqayisə edəcəyik? فَعْلَلَ fe’lele babından gələn sözləri, وَ تَفَعْلَلَ və tefe’lele babından gələn sözləri, وَ افْتَعَلَ və ifte’âle babından gələn sözləri, وَ انْفَعَلَ və infe’âle babından gələn sözləri, وَ افْعَلَّ və if’âlle babından gələn sözləri, وَ اسْتَفْعَلَ və istef’âle babından gələn sözləri, وَ افْعَالَّ və if’âlle babından gələn sözləri, وَ افْعَلَلَّ və if’âlelle babından gələn sözləri,وَ افْعَوْعَلَ və if’âv’âle babından gələn sözləri, وَ افْعَنْلَلَ və if’ânlele babından gələn sözləri, وَ افْعَنْلَى və if’ânlâ babından gələn sözləri, وَ افْعَوَّلَ if’âvvele babından gələn sözləri نصَرَ نَصْرًا نَصَرُوا sona qədər.. siğalarının üzərinə müqayisə et. وَ لاَ تُعْتَبِرُ nəzərə alınmaz, حَرَكَاتُ الأَلِفَاتِ bu sadalanan bablardakı əliflərin hərəkələri, فِي الْأَوَائِلِ yəni o babların başında olan əliflərin hərəkələri nəzərə alınmaz. فَإِنَّه
ا çünki o (onlar), yəni elif (eliflər); زَائِدَةٌ əlavə olunmuşdur, əlavədir; تَثْبُتُ o eliflər sabit olur, فِي الْإِبْتِدَاءِ başlanğıcda, yəni sözə onunla başlandıqda sabit olur, hərəkəsi ilə oxunur. وَ تَسْقُطُ və o eliflər düşür; فِي الدَّرْجِ keçid zamanı isə düşür, hərəkəsi yazılmır və oxunmur. Metnin Ümumi Mənası: Fiil-i mazi, fail üçün, yəni hadisəni özündə daşıyan şəxsi müəyyən etmək üçün qurulan fiildir. Fiil-i mazinin ilk hərfi fətalıdır. Misal; نَصَرَ kimi. Yaxud fiil-i mazidə ilk hərəkəli olan hərf, fətalı olan ta hərfidir. Misal; إِجْتَمَعَ kimi. İfte’âle babından gələn bu ta (تاء) hərfi fətalıdır. Məlum fiilin misalı; نَصَرَ نَصْرًا نَصَرُوا və s. Bu qeyd olunacaq babları da, bu نَصَرَ نَصْرًا نَصَرُوا və s. şəkillərinə uyğunlaşdır, müqayisə et. O bablar isə; فَعْلَلَ və تَفَعْلَلَ və افْتَعَلَ və انْفَعَلَ və افْعَلَّ və اسْتَفْعَلَ və افْعَالَّ və افْعَلَلَّ və افْعَوْعَلَ və افْعَنْلَلَ və افْعَنْلَى və افْعَوَّلَ bablarıdır. Bu babların əvvəlindəki eliflərin hərəkəsinə diqqət edilməz. Bu eliflər, sözə onlarla başlandıqda sabit olur və keçid zamanı isə düşür. Babların mazi məlum çəkimləri: فَعْلَلَ babı: دَحْرَجَ دَحْرَجَا دَحْرَجُوا تَفَعْلَلَ babı: تَدَحْرَجَ تَدَحْرَجَا تَدَحْرَجُوا افْتَعَلَ babı: إِجْتَمَعَ إِجْتَمَعَا إِجْتَمَعُوا انْفَعَلَ babı: إِنْكَسَرَ إِنْكَسَرَا إِنْكَسَرُوا افْعَلَّ babı: إِحْمَرَّ إِحْمَرَّا إِحْمَرُّوا اسْتَفْعَلَ babı: إِسْتَخْرَجَ إِسْتَخْرَجَا İSْتَخْرَجُوا افْعَالَّ babı: إِحْمَارَّ إِحْمَارَّا إِحْمَارُّوا افْعَلَلَّ babı: إِقْشَعَرَّ إِقْشَعَرَّا إِقْشَعَرُّوا افْعَوْعَلَ babı: إِعْشَوْشَبَ إِعْشَوْشَبَا إِعْشَوْشِبُوا افْعَنْلَلَ babı: إِقْعَنْسَسَ إِقْعَنْسَسَا İقْعَنْسَسُوا افْعَوَّلَ babı: إِجْلَوَّذَ إِجْلَوَّذَا إِجْلَوَّذُوا və s. Bu misalları mazi fiildəki cədvələ qoyaraq mazi çəkimlərini əldə edə bilərsiniz. İzzi dərslərindəki mazi fiil dərsimizdə mazi məlum 14 zamirlə نَصَرَ fiili çəkilmişdir. Siz də müqayisə edə bilərsiniz. Yuxarıdakı nümunələrin hamısı fiil-i mazi, bina-i məlum müfrəd / təsniyə / cəmi müzəkkər qayıb üçündür. Cədvələ görə, fiil-i mazi, bina-i məlum müfrəd / təsniyə / cəmi müənnəs qayıba, fiil-i mazi, bina-i məlum müfrəd / təsniyə / cəmi müzəkkər müxatab, fiil-i mazi, bina-i məlum müfrəd / təsniyə / cəmi müənnəs müxataba, fiil-i mazi, bina-i məlum nəfs-i mütəkəllim vahdə və nəfs-i mütəkəllim məağayr şəkillərinə görə çəkimləri edin.