b1. Cər və məcrur
اَلْجَارُّ وَ الْمَجْرُورُ
Birinci; الْجَارُّ وَ الْمَجْرُورُ, məsələn فِي الْمَسْجِدِ sənin sözündə; عَلِيٌّ فِي الْمَسْجِدِ
Birinci şibh-i cümlə; الْجَارُّ وَ الْمَجْرُورُ mübtədəyə xəbər kimi gələn cər və məcrurdur, misalı isə sənin bu sözündə; عَلِيٌّ فِي الْمَسْجِدِ "Əli məsciddədir" ifadəsindəki فِي الْمَسْجِدِ cər və məcrur kimidir.
Cər və Məcrur
İki növ olan şibh-i cümlənin birincisi, mübtədəyə xəbər kimi gələn cər və məcrurdur, misalı isə;
عَلِيٌّ فِي الْمَسْجِدِ
"Əli məsciddədir" ifadəsindəki فِي الْمَسْجِدِ cər və məcrur kimidir. Burada فِي الْمَسْجِدِ cər və məcrur, mübtədanın gizli olan (təqdirən كَائِنٌ, حَاصِلٌ, مُسْتَقِرٌ, ثَابِتٌ, Mَوْجُودٌ kimi) xəbərinə aid olur.
|
عَلِيٌّ فِي الْمَسْجِدِ Əli məsciddədir |
|
| مُبْتَدَأٌ، مَرْفُوعٌ بِالْإِبْتِدَاءِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | عَلِيٌّ |
| Mübtəda, ibtidə ilə mərfu, rəf əlaməti axırında zahir dammə | |
| حَرْفُ جَرٍّ | فِي |
| Cər hərfi | |
| اِسْمٌ مَجْرُورٌ بِفِي، عَلاَمَةُ جَرِّهِ الْكَسْرَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الْمَسْجِدِ |
| Fi ilə məcrur isim, cər əlaməti axırında zahir kəsrə | |
| فِي الْمَسْجِدِ | |
| Cər və məcrur mübtəda olan علي sözünün gizli olan (təqdirən كَائِنٌ və ya حَاصِلٌ və ya مُسْتَقِرٌ və ya ثَابِتٌ və ya مَوْجُودٌ kimi) xəbərinə aid olur | |