D. Cəzm əlamətləri
عَلاَمَتَا الْجَزْمِ
قَالَ: وَ لِلْجَزْمِ عَلاَمَتَانِ؛ السُّكُونُ وَ الْحَذْفُ
وَ أَقُولُ: يُمْكِنُكَ أَنْ تَحْكُمَ عَلَى الْكَلِمَةِ بِأَنَّهَا مَجْزُومَةٌ إِذَا وُجِدْتَ فِيهَا وَاحِدًا مِنْ أَمْرَينِ؛ الْأَوَّلُ السُّكُونُ؛ وَ هُوَ الْعَلاَمَةُ الْأَصْلِيَّةُ لِلْجَزْمِ وَ الثَّانِي الْحَذْفُ؛ وُ هُوَ الْعَلاَمَةُ الْفَرْعِيَّةُ وَ لِكُلِّ وَاحِدٍ مِنْ هَاتَيْنِ الْعَلاَمَتَيْنِ مَوَاضِعُ سَنَذْكُرُهَا لَكَ فِيمَا يَلِي
قَالَ Müəllif dedi ki: وَ لِلْجَزْمِ عَلاَمَتَانِ cezm üçün iki əlamət vardır; birincisi السُّكُونُ sükun və ikincisi الْحَذْفُ hazifdir.
وَ أَقُولُ mən də (Şərhçi) deyirəm ki: يُمْكِنُكَ sənin üçün mümkündür, أَنْ تَحْكُمَ hökm vermək, عَلَى الْكَلِمَةِ bir kəlmə haqqında, بِأَنَّهَا مَجْزُومَةٌ onun məczum bir kəlmə olması barədə, إِذَا وُجِدْتَ فِيهَا əgər o kəlmədə taparsan, وَاحِدًا مِنْ أَمْرَينِ bu iki haldan birini; الْأَوَّلُ السُّكُونُ birincisi sükun; وَ هُوَ الْعَلاَمَةُ الْأَصْلِيَّةُ və bu sükun cezm üçün əsas əlamətdir, وَ الثَّانِي الْحَذْفُ ikincisi hazif əməlidir, وُ هُوَ الْعَلاَمَةُ الْفَرْعِيَّةُ və bu isə cezm üçün əlavə əlamətdir, وَ لِكُلِّ وَاحِدٍ və hər biri üçün, مِنْ هَاتَيْنِ الْعَلاَمَتَيْنِ bu iki əlamətdən, مَوَاضِعُ yerlər, yəni tətbiq olunduğu isimlər, سَنَذْكُرُهَا لَكَ فِيمَا يَلِي gələcək mövzularda bunları sənə qeyd edəcəyik
İki Cezm Əlaməti
Müəllif, “Cezm üçün sükun və hazif əməli olmaqla iki əlamət vardır” dedi.
Mən də (Şərhçi); Əgər bir kəlmədə bu iki haldan birini tapsan, o kəlmənin məczum bir kəlmə olduğuna hökm vermək mümkündür deyirəm. Bunlardan birincisi sükundur. Sükun cezm üçün əsas əlamətdir. İkincisi isə hazif əməlidir. Hazif əməli isə cezm üçün əlavə əlamətdir. Bu iki əlamətin hər biri üçün yerlər vardır. Bu yerləri sənə ardıcıllıqla qeyd edəcəyik.