c. Yalnız hərf artımı ilə olan dəyişiklik
Üçüncü Dəyişiklik
Hərf artırılması ilə olan dəyişiklikdir, başqa cür deyil. Məsələn; صِنْوٌ və صِنْوَانٌ Allah-Təalanın bu ayəsində olduğu kimi; صِنْوَانٌ və غَيْرُ صِنْوَانٍ (Ra’d surəsi, 4-cü ayə).
تَغَيُّرٌ dəyişiklik; بِالزِّيَادَةِ hərf artırılması ilə, لَيْسَ غَيْرُهُ artırmadan başqa cür deyil, نَحْوُ nümunələri belədir; صِنْوٌ "Eyni iki şeydən biri, əkizlərdən biri, əkiz qardaş" və cəmi: صِنْوَانٌ "Əkizlər" kimi ki; فِي مِثْلِ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu ayəsində olduğu kimi; صِنْوَانٌ وَ غَيْرُ صِنْوَانٍ "İki gövdəli və iki gövdəsiz" kimi. Ayənin tam mənasını qarışıq olmaması üçün yazırıq: وَفِي الْاَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ اَعْنَابٍ وَزَرْعٌ وَنَخ۪يلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقٰى بِمَٓاءٍ وَاحِدٍ۠ وَنُفَضِّلُ بَعْضَهَا عَلٰى بَعْضٍ فِي الْاُكُلِۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ "Yerdə eyni su ilə sulanan və bir-birinə bitişik torpaq sahələrində, üzümdən bağlar, əkinlər, budaqlı və budaqsız (əkiz gövdəli və əkiz gövdəsiz) tək xurma ağacları vardır. Biz onları yeməkdə fərqli edirik. Ağlını işlədən bir toplum üçün bunda ayələr vardır." Ra’d surəsi, 4-cü ayə.
Üçüncü Dəyişiklik
Yalnız müfrədinə hərf artırılması ilə olan dəyişiklikdir. Nümunəsi aşağıdakı ayədə keçən صِنْوٌ sözüdür;
وَفِي الْاَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ اَعْنَابٍ وَزَرْعٌ وَنَخ۪يلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقٰى بِمَٓاءٍ وَاحِدٍ۠ وَنُفَضِّلُ بَعْضَهَا عَلٰى بَعْضٍ فِي الْاُكُلِۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
"Yerdə eyni su ilə sulanan və bir-birinə bitişik torpaq sahələrində, üzümdən bağlar, əkinlər, budaqlı və budaqsız (əkiz gövdəli və əkiz gövdəsiz) tək xurma ağacları vardır. Biz onları yeməkdə fərqli edirik. Ağlını işlədən bir toplum üçün bunda ayələr vardır." Ra’d surəsi, 4-cü ayədə keçən صِنْوٌ "Eyni iki şeydən biri, əkizlərdən biri, əkiz qardaş" və cəmi: صِنْوَانٌ "Əkizlər" kimidir. Bu nümunədə elif və nun artırılmışdır. Şəkildə, yəni hərəkədə dəyişiklik yoxdur.
| Müfrədi | Cəmi |
| صِنْوٌ | صِنْوَانٌ |