Əmr feyli haqqında bir fəsil

فَصْلٌ فِي الْفِعْلِ الْأَمْرِ

Musannıf əmrin feli alamətini qeyd etməyib. Əmr felinin alaməti budur ki, o, tələbə dəlalət edir və ya-i müxatəbəni və ya tə’kid nununu qəbul edir. Məsələn: قُمْ "qalx", اقْعُدْ "otur", اكْتُبْ "yaz", انْظُرْ "bax". Bu dörd söz, qalxmaq, oturmaq, yazmaq və baxmaq işlərinin baş verməsini tələb edir və həmçinin ya-i müxatəbəni qəbul edir, məsələn: قُومِي "qalx", اقْعُدِي "otur", اكْتُبِي "yaz", انْظُرِي "bax". Və ya tə’kid nununu qəbul edir, məsələn: اُكْتُبَنَّ "mütləq yaz", انْظُرَنَّ إِلَى مَا يَنْفَعُكَ "Sənə fayda verən şeylərə mütləq bax".

Musannıf mazi və muzari felinin alamətlərini qeyd edib, lakin əmr felini qeyd etməyib. Əmr felinin alaməti odur ki, tələbə dəlalət edir və tə’kid nunu ilə ya-i müxatəbəni qəbul edir. Tələbə dəlalət etməsinə misallar: قُمْ "qalx", اقْعُدْ "otur", اكْتُبْ "yaz", انْظُرْ "bax". Bu dörd əmr felinin hər biri qalxmaq, oturmaq, yazmaq və baxmaq işlərinin baş verməsini tələb edir. Yəni قُمْ "qalx" deyəndə qarşıdakı şəxsin qalxmasını istəyirik və onun bu işi yerinə yetirməsini tələb edirik. Əmr felinin ya-i müxatəbəni qəbul etməsinə misallar: قُومِي "qalx", اقْعُدِي "otur", اكْتُبِي "yaz", انْظُرِي "bax". Tə’kid nununu qəbul etməsinə misallar isə: اُكْتُبَنَّ "mütləq yaz" və

انْظُرَنَّ إِلَى مَا يَنْفَعُكَ

"Sənə fayda verən şeylərə mütləq bax" kimi.

Əmr Feli Haqqında Bir Fəsil

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Əmr feyli haqqında bir fəsil
🎓
Xoş gəldiniz! Sual soruşun!