Mövzu ilə əlaqəli suallar və cavablar

سواللار و جوابلار

Sual və Cavablar

١. مَا هُوَ الْإِسْمُ؟

1. İsim nədir?

اَلْإِسْمُ فِي اللُّغَةِ، فَهُوَ: مَا دَلَّ عَلَى مُسَمَّى. وَ الْإِسْمُ فِي اصْتِلاَحِ النَّحْوِيِّينَ، فَهُوَ: كَلِمَةٌ دَلَّتْ عَلَى مَعْنًى فِي نَفْسِهَا وَ لَمْ تَقْتَرِنْ بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ الَّتِي هِيَ الْمَاضِي وَ الْحَالُ وَ الْمُسْتَقْلُ

Lüğətdə isim: Müəyyən bir şeyə işarə edən kəlmədir. Nahiv istilahında isə: Özündə bir mənaya işarə edən və üç zamandan – keçmiş, indiki və gələcək – heç birinə bağlı olmayan kəlmədir.

٢. إِلَى كَمْ قِسْمٍ يَنْقَسِمُ الْإِسْمُ؟

2. İsim neçə hissəyə bölünür?

يَنْقَسِمُ الْإِسْمُ عَلَى ثَلاَثَةِ أَقْسَامٍ؛ مُظْهَرٌ وَ مُضْمَرٌ وَ مُبْهَمٌ

İsim üç hissəyə bölünür: Müzhər, müdmər və mübhəm isimlərdir.

٣. مَا هُوَ الْإِسْمُ الْمُظْهَرُ؟ مَثِّلْ وَ بَيِّنْ

3. Müzhər isim nədir? Misal ver və izah et!

اَلْإِسْمُ الْمُظْهَرُ؛ مَا يَدُلُّ عَلَى مَعْنَاهُ مِنْ غَيْرِ حَاجَةٍ إِلَى قَرِينَةٍ. وَ الْمِثَالُ؛ زَيْدٌ، وَ بَيَانُهُ؛ فَإِنَّ الْإِسْمَ الْمَذْكُورَ دَالٌّ عَلَى ذَاتِ الشَّخْصِ الْمُسَمَّى بِهَذَا الْإِسْمِ وَ لاَ يَحْتَاجُ فِي دَلاَلَتِهِ عَلَى ذَلِكَ إِلَى قَرِينَةٍ

Müzhər (zahiri) isim: Öz mənasına işarə etmək üçün heç bir əlavə dəlilə ehtiyac duymayan isimdir. Misalı: "Zeyd". İzahı: Zeyd ismi bu adla adlandırılan şəxsin özünə işarə edir və bu işarədə əlavə dəlilə ehtiyac yoxdur.

٤. مَا هُوَ الْإِسْمُ الْمُضْمَرُ؟ مَثِّلْ وَ بَيِّنْ

4. Müdmər isim nədir? Misal ver və izah et!

الْإِسْمُ الْمُضْمَرُ؛ مَا دَلَّ عَلَى مَعْنَاهُ بِوَاسِطَةِ الْقَرِينَةِ. وَ الْمِثَالُ؛ أَنَا، وَ بَيَانُهُ؛ فَإِنَّ الْإِسْمَ الْمَذْكُورَ يَدُلُّ عَلَى مَعَنَاهُ الْمُرَادِ مِنْهُ وَ هُوَ ذَاتُ الشَّخْصِ الْمُتَكَلِّمِ

Müdmər isim: Mənasına işarə etmək üçün dəlilə ehtiyac duyan isimdir. Misalı: "Mən" (Ene). İzahı: Bu "mən" ismi danışanın özünə işarə edir və mənası danışan şəxsə bağlıdır.

٥. مَا هُوَ الْإِسْمُ الْمُبْهَمُ؟ مَثِّلْ

5. Mübhəm isim nədir? Misal ver!

اَلْإِسْمُ الْمُبْهَمُ؛ هُوَ الَّذِي لاَ يَظْهَرُ الْمُرَادُ مِنْهُ، وَ الْمِثَالُ؛ هَذَا أَوِ الَّذِي

Mübhəm isim: Mənası və kimə işarə etdiyi bilinməyən isimdir. Misalı: "Bu" (Haza) və ya "O ki" (Ellezi).

٦. مَثِّلْ لِلْإِسْمِ بِعَشَرَةِ أَمْثِلَةٍ

6. İsim üçün 10 misal ver!

İsimlərə Misallar
مِصْبَاحُ Lampa
مِكْوَاةٌ Ütü
سِتَارَةٌ Pərdə
عِنَبٌ Üzüm
زُجَاجَةٌ Şüşə
دَجَاجَةٌ Toyuq
مِسْطَرَةٌ Xətkeş
عُشْبٌ Ot
مِلْعَقَةٌ Qaşıq
دَفْتَرٌ Dəftər

٧. مَا هُوَ الْفِعْلُ؟

7. Fİil nədir?

اَلْفِعْلُ فِي اللُّغَةِ: الْحَدَثُ. اَلْفِعْلُ فِي اصْطِلاَحِ النَّحْوِيِّينَ؛ كَلِمَةٌ دَلَّتْ عَلَى مَعْنًى فِي نَفْسِهَا وَ اقْتَرَنَتْ بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ الَّتِي هِيَ الْمَاضِي وَ الْحَالُ وَ الْمُسْتَقْبَلُ

Lüğətdə fiil: Hadisə, hərəkət, iş, əməl deməkdir. Nahiv istilahında isə fiil: Özündə bir mənaya işarə edən və üç zamandan – keçmiş, indiki və gələcək – birinə bağlı olan kəlmədir.

٨. إِلَى كَمْ قِسْمٍ يَنْقَسِمُ الْفِعْلُ؟

8. Fiil neçə hissəyə bölünür?

يَنْقَسِمُ الْفِعْلُ عَلَى ثَلاَثَةِ أَقْسَامٍ؛ مَاضٍ وَ مُضَارِعٌ وَ أَمْرٌ

Fiil üç hissəyə bölünür: Mazi, müzari və əmr fiili.

٩. مَا هُوَ الْمَاضِي؟

9. Mazi fiil nədir?

وَ الْفِعْلُ الْمَاضِي: وَ هُوَ مَا دَلَّ عَلَى حَدَثٍ وَقَعَ فِي الزَّمَانِ الَّذِي قَبْلَ زَمَانِ التَّكَلُّمِ

Mazi fiil: Danışıq zamanından əvvəl baş vermiş hadisəyə işarə edən kəlmədir.

١٠. مَا هُوَ الْمُضَارِعُ؟

10. Müzari fiil nədir?

وَ الْفِعْلُ الْمُضَارِعُ؛ وَ هُوَ مَا دَلَّ عَلَى حَدَثٍ يَقَعَ فِي الزَّمَانِ التَّكَلُّمِ أَوْ بَعْدَهُ

Müzari fiil: Danışıq zamanı və ya ondan sonra baş verəcək hadisəyə işarə edən kəlmədir.

١١. مَا هُوَ الْأَمْرُ؟

11. Əmr fiili nədir?

وَ الْفِعْلُ الْأَمْرُ؛ وَ هُوَ مَا دَلَّ عَلَى حَدَثٍ يُطْلَبُ حُصُولُهُ بَعْدَ زَمَانِ التَّكَلُّمِ

Əmr fiili: Danışıqdan sonra baş verməsi tələb olunan hadisəyə işarə edən kəlmədir.

١٢. مَثِّلْ لِلْفِعْلِ بِعَشَرَةِ أَمْثِلَةٍ

12. Fiil üçün 10 misal ver!

Fiil üçün Misallar
رَأَى Gördü
يَبْدَأُ Başlayır
وَجَدَ Tapdı
حَسُنَ Gözəl oldu
يُكْرِمُ İkram edir
اِسْتَيْقَظَ Oyanıb
نِمْ Yat
كُلْ Ye
عَلَّمَ Bildirdi
يَتَبَيَّنُ Açıqlayır

١٣. مَا هُوَ الْحَرْفُ؟

13. Hərf nədir?

اَلْحَرْفُ فِي اللُّغَةِ: الطَّرَفُ. وَ الْحَرْفُ فِي اصْطِلاَحِ النُّحَاةِ؛ كَلِمَةٌ دَلَّتْ عَلَى مَعْنًى فِي غَيْرِهَا

Lüğətdə hərf: tərəf, uca mənasındadır. Nahiv alimlərinin istilahında isə: Başqasına mənanı göstərən kəlmədir.

١٤. إِلَى كَمْ قِسْمٍ يَنْقَسِمُ الْحَرْفُ بِالْإِسْتِعْمَالِ وَ الْإِجْمَالِ؟

14. Hərf istifada və ümumi olaraq neçə hissəyə bölünür?

يَنْقَسِمُ الْحَرْفُ بِالْإِسْتِعْمَالِ عَلَى ثَلاَثَةِ أَقْسَامٍ؛ مُشْتَرَكَةٌ بَيْنَ الْأَسْمَاءِ وَ الْأَفْعَالِ. وَ مُخْتَصٌّ بِالْأَسْمَاءِ وَ مُخْتَصٌّ بِالْأَفْعَالِ. وَ الْإِجْمَالِ؛ يَنْقَسِمُ عَلَى قِسْمَيْنِ؛ حُرُوفُ مَبَانٍ: كَالْحُرُوفِ الْهِجَائِيَّةِ التِّي الْأَلِفُ وَ الْبَاءُ وَ التَّاءُ وَ الثَّاءُ وَ الْجِيمُ وَ الْحَاءُ وَ الْخَاءُ إِلَى الْيَاءِ. وَ حُرُوفُ مَعَانٍ: كَالْحَرْفِ الْجَرِّ أَوْ آلَةٌ لِأَنْ يَتِمَّ الْمَعْنَى فِي غَيْرِهِ، نَحْوُ؛ مِنْ وَ هَلْ وَ عَلَى وَ لَعَلَّ وَ رُبَّ وَ بَلْ وَ لاَتَ وَ لَنْ وَ غَيْرِهِمْ

Hərf istifada baxımından 3 hissəyə bölünür: İsim və feyl arasında ortaq olan hərflər, yalnız isimə aid olan hərflər və yalnız feylə aid olan hərflər. Ümumi olaraq hərflər 2 hissəyə bölünür: Birinci hissə təkrarlanan hərflərdir (huruf-u mebani), yəni əlifdən başlayıb ya hərfinə qədər olan heca hərfləri. İkinci hissə isə məna hərfləridir (huruf-u meani), bunlar harf-i cerrlər və ya başqa bir sözün mənasını tamamlayan alət olan hərflərdir. Misallar: Min, hel, 'ala, lealle, rubbe, bel, late, len və digərləri.

١٥. مَا هُوَ الْحَرْفُ الْمُشْتَرَكُ؟ مَثِّلْ

15. İsim və feyl arasında ortaq olan hərfin tərifi nədir? Misal ver!

اَلْحَرْفُ الْمُشْتَرَكُ؛ فَهُوَ مَا يَجُوزُ دُخُولُهُ عَلَى كُلِّ وَاحِدٍ مِنْهُمَا، نَحْوُ؛ هَلْ وَ بَلْ. وَ الْمِثَالُ؛ هَلْ جَاءَ زَيْدٌ؟ وَ هَلْ زَيْدٌ مُجْتَهِدٌ؟

İsim və feyl üçün ortaq olan hərf: Həm isimə, həm də feylə daxil olması caiz olan hərflərdir. Feylə daxil olanın misalı:

هَلْ جَاءَ زَيْدٌ؟

"Zeyd gəldi mi?"

İsimə daxil olanın misalı:

هَلْ زَيْدٌ مُجْتَهِدٌ؟

"Zeyd çalışqan mı?" kimi.

١٦. مَا هُوَ الْحَرْفُ الْمُخْتَصُّ بِالْأَفْعَالِ؟ مَثِّلْ

16. Feylə aid olan hərfin tərifi nədir? Misal ver!

الَحَرْفُ الْمُخْتَصُّ بِالْأَفْعَالِ: فَهُوَ مَا لاَ يَجُوزُ دُخُولُهُ إِلاَّ عَلَى الْأَفْعَالِ، نَحْوُ؛ لَمْ وَ لَمَّا وَ لَنْ. وَ الْمِثَالُ؛ لَمْ آكُلِ الطَّعَامَ

Feylə aid olan hərflər: Yalnız feyl üzərinə daxil olması caiz olan hərflərdir. Misallar: Lem, lemma, len. Nümunə:

لَمْ آكُلِ الطَّعَامَ

"Yeməyi yemədim" kimi.

١٧. مَا هُوَ الْحَرْفُ الْمُخْتَصُّ بِالْأَسْمَاءِ؟ مَثِّلْ

17. İsimə aid olan hərfin tərifi nədir? Misal ver!

الَحَرْفُ الْمُخْتَصُّ بِالْأَسْمَاءِ: فَهُوَ مَا لاَ يَجُوزُ دُخُولُهُ إِلاَّ عَلَى الْأَسْمَاءِ، نَحْوُ؛ مِنْ، عَلَى، إِلَى. وَ الْمِثَالُ؛ سَلَّمْتُ عَلَى زَيْدٍ

İsimə aid olan hərflər: Yalnız isim üzərinə daxil olması caiz olan hərflərdir; Min, 'ala, ila kimi. Misal:

سَلَّمْتُ عَلَى زَيْدٍ

"Zeydə salam verdim" kimi.

١٨. مَثِّلْ لِلْحَرْفِ بِعَشَرَةِ أَمْثِلَةٍ، أَرْبَعَةُ مِنْهَا تَخْتَصُّ بِالْإِسْمِ وَ أَرْبَعَةُ مِنْهَا تَخْتَصُّ بِالْفِعْلِ وَ اثْنَتَانِ مِنْهَا مُشْتَرَكَةٌ بَيْنَ الْإِسْمِ وَ الْفِعْلِ

18. Hərflərə 10 misal ver, amma 4-ü isimə aid, 4-ü feylə aid və 2-si də isim və feyl arasında ortaq olsun!

İsimə aid hərflərə misallar

خَرَجْتُ مِنَ الْبَيْتِ

Evdən çıxdım

ذَهَبْتُ إِلَى الْمَدْرَسَةِ

Məktəbə getdim

كَتَبْتُ بِالْقَلَمِ

Qələm ilə yazdım

زَيْدٌ فِي الْمَسْجِدِ

Zeyd məsciddədir

Feylə aid hərflərə misallar

لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ

Doğmadı və doğurulmadı

لَنْ أَفْعَلَ بِهَذَا

Bunu heç vaxt etməyəcəyəm

قَدْ يَعُودُ زَيْدٌ

Zeyd qayıda bilər

لَمَّا يَشْرَبِ الشَّايَ

Hələ çay içməyib

İsim və feyl üçün ortaq hərflərə misallar

هَلْ أَنْتَ تِلْمِيذٌ؟

Sən şagirdsən?

هَلْ تَرَى الطَّيْرَ؟

Quşu görürsən?

أَ تَقُومُ أَمْ تَجْلِسُ؟

Durursan yoxsa oturursan?

أَ زَيْدٌ فِي الْبَيْتِ؟

Zeyd evdədir?

QEYD: 2, 3, 4, 5, 14, 15, 16 və 17-ci suallar "1. İsim" və "3. Hərf" mövzularının altında olan tə'likatdan çıxarılmış suallardır. Qalanlar isə mədrəsələrdə oxudulan kitablardakı ardıcıl suallardır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mövzu ilə əlaqəli suallar və cavablar
🎓
Xoş gəldiniz! Sual soruşun!