3. Hərf
اَلْحَرْفُ
وَ أَمَّا الْحَرْفُ; harfə gəldikdə isə, فَهُوَ فِي اللُّغَةِ; lüğətdə, الطَّرَفُ; kənar, uc mənasındadır. وَ اصْطِلاَحِ النُّحَاةِ; Nahiv alimlərinin istilahında isə; كَلِمَةٌ; elə bir kəlimədir ki, دَلَّتْ عَلَى مَعْنًى; bir mənaya dəlalət edir, فِي غَيْرِهَا; özündən başqasında; نَحْوُ; məsələn; مِنْ. Bu söz, bir kəlimədir ki, bir mənaya dəlalət edir və o mənada başlanğıcdır. Bu məna isə tamamlanmır, ta ki bu kəliməyə başqa bir söz əlavə edəsən, məsələn belə deyəsən; ذَهَبْتُ مِنَ الْبَيْتِ, misal üçün.
وَ أَمَّا الْحَرْفُ və harfə gəldikdə; فَهُوَ فِي اللُّغَةِ lüğətdə; الطَّرَفُ kənar, uc mənasındadır, وَ اصْطِلاَحِ النُّحَاةِ nahiv alimlərinin istilahında isə; كَلِمَةٌ elə bir kəlimədir ki; دَلَّتْ عَلَى مَعْنًى bir mənaya dəlalət edir, فِي غَيْرِهَا özündən başqasında; نَحْوُ misal üçün; مِنْ "min" cər hərfi kimi, فَإِنَّ هَذَا اللَّفْظَ bu "min" sözünün özü; كَلِمَةٌ bir kəlimədir ki; دَلَّتْ عَلَى مَعْنًى bir mənaya dəlalət edir, وَ هُوَ الْإِبْتِدَاءُ o məna da başlanğıc, yəni "başlamaq" mənasıdır, وَ هَذَا الْمَعْنَى bu məna isə; لاَ يَتِمُّ tamam olmur, حَتَّى تَضُمَّ əlavə etməyincə, إِلَى هَذِهِ الْكَلِمَةِ bu kəliməyə (min hərfinə), غَيْرَهَا başqasını, yəni "min" sözünün mənasını ortaya çıxara biləcək başqa sözləri əlavə etməyincə, فَتَقُولُ belə deyirsən; ذَهَبْتُ مِنَ الْبَيْتِ "Evdən getdim" kimi, مَثَلاً misal olaraq.
Hərf
Hərfə gəldikdə; lüğətdə "kənar, uc" mənasındadır. Nahiv alimlərinin istilahında isə; özündən başqasında bir mənaya dəlalət edən kəlimədir. Tək başına bir mənaya dəlalət etməz. Misal üçün; مِنْ "min" cər hərfi kimi. Bu "min" sözünün özü "başlamaq" mənasına dəlalət edən bir kəlimədir. Lakin bu məna tək başına tamam olmur və sən ona başqa bir kəlimə və ya kəlimələr əlavə etməlisən. O halda sən misal üçün belə deyirsən;
ذَهَبْتُ مِنَ الْبَيْتِ
“Evden getdim” kimi. Göründüyü kimi, min hərfi tək başına məna vermir, başqa bir sözlə birlikdə mənası ortaya çıxır.
مواضع ilə bağlı şərhlər və izahlar
Hərf üç növdə olur; isim və fel arasında ortaq olan, yalnız ismlərə aid olan və yalnız fellərə aid olan:
Ortaq olan hərf; hər ikisinə daxil ola bilər, məsələn: هَلْ və بَلْ. Deyirsən: هَلْ عَلِيّ حَضَرَ? və deyirsən: هَلْ عَلِيٌّ مُسَافِرٌ? və deyirsən: مَا أَنْتَ بِبَلِيدٍ بَلْ أَنْتَ مُجْتَهِدٌ və deyirsən: مَا حَضَرَ أَخِي بَلْ سَافَرَ
Yalnız ismlərə aid olan hərf; yalnız ismlərə daxil ola bilər, məsələn: مِنْ, عَلَى, إِلَى. Deyirsən: حَضَرْتُ مِنَ الْبَيْتِ إِلَى الْمَدْرَسَةِ عَلَى فَرَسٍ
Yalnız fellərə aid olan hərf; yalnız fellərə daxil ola bilər, məsələn: لَمْ, قَدْ, لَنْ. Deyirsən: لَمْ أَكْسَلْ və لَمْ أَلْتَفِتْ إِلَى غَيْرِ الْوَاجِبِ və deyirsən: قَدْ قَامَتِ الصَّلاَةُ və قَدْ أَفْلَحَ مَنِ اسْتَقَامَ və deyirsən: قَدْ تَسْبُقُ الْعَرْجَاءُ və قَدْ يَجُودُ الْبَخُولُ və deyirsən: لَنْ تَبْلَغَ الْمَجْدَ حَتَّى تَجْتَهِدَ və لَنْ يَسْتَقِيمَ الظِّلُّ وَ الْعُودُ أَعْوَجُ
Hərflər ümumi olaraq iki hissəyə bölünür; birinci: məna verməyən hərflər; əlifba hərfləri {اَلِف, بَا, تَا, ثَا və s. YƏ qədər} və məna verən hərflər: مِنْ, عَلَى, رُبَّ, خَلاَ və bunlara bənzər işlədilən hərflər.