Ya hərfinə çevrilən Be hərfi
وَ مِنَ الْبَاءِ، نَحْوُ؛ اَلثَّعَالِي
اَلْيَاءُ ya hərfi, أُبْدِلَتْ مِنَ الْبَاءِ be hərfindən təbdil edilir, نَحْوُ misalı; اَلثَّعَالِي “tülkülər” kəlməsi kimi ki, əsli اَلثَّعَالِبُ şəklində olub, اَلثَّعْلَبُ “tülkü” kəlməsinin cəmidir.
Mətnin Ümumi Mənası: Ya hərfinə təbdil olunan hərflərdən biri də be hərfidir, misalı; اَلثَّعَالِي “tülkülər” kəlməsi kimi ki, əsli اَلثَّعَالِبُ şəklində olub, اَلثَّعْلَبُ “tülkü” kəlməsinin cəmidir.