Sarf Edilməyən Ləfiz
مَا لاَ يَنْصَرِفُ
أَحَدُهَا؛ مَا لاَ يَنْصَرِفُ؛ فَإِنَّهُ يُجَرُّ بِالْفَتْحَةِ، نَحْوُ؛ بِأَفْضَلَ مِنْهُ، إلاَّ إِنْ أُضِيفَ أَوْ دَخَلَتْهُ أَلْ، نَحْوُ؛ بِأَفْضَلِكُمْ وَ بِالْأَفْضَلِ
أَحَدُهَا yeddi babdan birincisi; مَا لاَ يَنْصَرِفُ sarf edilməyən, yəni qeyri-münsərif isimlərdir. فَإِنَّهُ həmin qeyri-münsərif isimlər; يُجَرُّ بِالْفَتْحَةِ fətə ilə cər olunur, نَحْوُ misalı belədir; بِأَفْضَلَ مِنْهُ "Ondan daha fəzilətli" kimi, إلاَّ إِنْ أُضِيفَ lakin qeyri-münsərif isim izafə olunsa, أَوْ دَخَلَتْهُ أَلْ və ya əlif-lam daxil olsa, onlar kəsrə ilə cər olunurlar; نَحْوُ misalı belədir; بِأَفْضَلِكُمْ "Sizin ən fəzilətlinizə" və بِالْأَفْضَلِ "Ən fəzilətli olanla" kimi.
Sarf Edilməyən Ləfiz
Yeddi babdan birincisi sarf edilməyən, yəni qeyri-münsərif ləfizlərdir. Bu ləfizlərin cər halı fətə ilədir, misalı; بِأَفْضَلَ مِنْهُ kimi və izafə olunduqda və ya əlif-lam daxil olduqda cər halı kəsrə ilədir, misalları; بِأَفْضَلِكُمْ və بِالْأَفْضَلِ kimi.