Cim hərfinə çevrilən Ya hərfi

اَلْجِيمُ أُبْدِلَتْ مِنَ الْيَاءِ الْمُشَدَّدَةِ، نَحْوُ؛ أَبُو عَلِجٍّ، حَتَّى لاَ يَقَعَ الْحَرَكَاتُ الْمُخْتَلِفَةُ عَلَى الْيَاءِ وَ مِنْ غَيْرِ الْمُشَدَّدَةِ حَمْلاً عَلَى الْمُشَدَّدَةِ، نَحْوُ؛

لاَ هُمَّ إِنْ كُنْتَ قَبِلْتَ حَجَّتِجْ

فَلاَ يَزَالُ شَاحِجٌ يَأْتِيكَ بِجْ

اَلْجِيمُ أُبْدِلَتْ — cim herfi şiddətli ya herfinden əvəz olunur, مِنَ الْيَاءِ الْمُشَدَّدَةِ — şiddətli ya herfinden, نَحْوُ — misal olaraq; أَبُو عَلِجٍّ "Alic'in atası" kimi, bunun əsli أَبُو عَلِيٍّ idi. حَتَّى — elə ki, لاَ يَقَعَ الْحَرَكَاتُ الْمُخْتَلِفَةُ — müxtəlif hərəkələr ya hərfinə gəlməsin deyə, عَلَى الْيَاءِ — ya hərfinin üzərinə, وَ مِنْ غَيْرِ الْمُشَدَّدَةِ — və şiddətsiz ya hərfi də cim hərfinə əvəz olunur, حَمْلاً عَلَى الْمُشَدَّدَةِ — şiddətli ya hərfinə əsaslanaraq, نَحْوُ — misal olaraq, beytdəki حَجَّتِجْ və بِجْ sözləri kimi; bu sözlərin əsli حَجَّتِي və بِي idi. Beytin mənası: لاَ هُمَّ — Allahım, إِنْ كُنْتَ — əgər sən, قَبِلْتَ — qəbul etmisən, حَجَّتِجْ — haccımı, فَلاَ يَزَالُ — onda zail olmasın, شَاحِجٌ — eşşəyin xüsusi adı, يَأْتِيكَ — sənə (evinə) gəlsin, بِجْ — mənimlə: "Allahım, əgər haccımı qəbul etmisənsə, eşşəyim Şahic də zail olmasın və mənimlə evinə gəlsin" kimi.

Mətnin Ümumi Mənası: Cim hərfinə əvəz olunan hərflərdən biri şiddətli ya hərfidir, أَبُو عَلِجٍّ "Alic'in atası" kimi, bunun əsli أَبُو عَلِيٍّ idi. Şiddətli ya hərfinin cim hərfinə əvəz olunmasının səbəbi, ya hərfinə müxtəlif hərəkələr gəlməsin deyədir. Şiddətsiz ya hərfi də şiddətli ya hərfinə əsaslanaraq cim hərfinə əvəz olunur, misal olaraq aşağıdakı beytdəki حَجَّتِجْ, شَاحِجٌ və بِجْ sözləridir;

لاَ هُمَّ إِنْ كُنْتَ قَبِلْتَ حَجَّتِجْ

Allahım, əgər haccımı qəbul etmisənsə,

فَلاَ يَزَالُ شَاحِجٌ يَأْتِيكَ بِجْ

Şahic (eşşəyin xüsusi adı) də mənimlə sənə gəlsin, zail olmasın.

Beytdəki حَجَّتِجْ və بِجْ sözləri kimi; bu sözlərin əsli حَجَّتِي və بِي idi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Cim hərfinə çevrilən Ya hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!