Nun hərfinə çevrilən Vav hərfi

اَلنُّونُ أُبْدِلَتِ مِنَ الْوَاوِ فِي نَحْوِ؛ صَنْعَانِيٍّ، لِقُرْبِ النُّونِ مِنْ حُرُوفِ الْعِلَّةِ

اَلنُّونُ أُبْدِلَتِ nun hərfi vav hərfindən təbdil edilir, مِنَ الْوَاوِ vav hərfindən, فِي نَحْوِ; bu nümunədə olduğu kimi; صَنْعَانِيٍّ "Yəməndə bir məkan" sözündə olduğu kimi, əsli; صَنْعَاوِيُّ şəklində ismi-mənsubdur, ismi-mənsub olmadan əvvəl صَنْعَاءَ şəklində idi, لِقُرْبِ النُّونِ bu təbdil əməli nun hərfinin yaxın olması səbəbindəndir, مِنْ حُرُوفِ الْعِلَّةِ əlil hərflərinə

Mətnin Ümumi Mənası: Nun hərfinə təbdil olunan hərflərdən biri vav hərfidir, nümunəsi ismi-mənsub formunda gələn صَنْعَانِيٍّ "Yəməndə bir məkan, o məkanla bağlı olan ad, məsələn, Gələbəlili demək kimi" sözüdür ki, yalın halda صَنْعَاءَ şəklində idi, ismi-mənsub olunca صَنْعَاوِي oldu və daha sonra nun hərfi əlil hərflərinə məhrəcdə yaxın olduğu üçün vav hərfi nun hərfinə təbdil edildi və söz صَنَعَانِي oldu.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Nun hərfinə çevrilən Vav hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!