Rameta رمتا Feili
وَ تُحْذَفُ الْيَاءُ فِي رَمَتَا، أَصْلُ رَمَيَتْا {رَمَيَتَا}، وَ إِنْ لَمْ يَجْتَمِعِ السَّاكِنَانِ، لِأَنَّهُ يَجْتَمِعُ السَّاكِنَانِ تَقْدِيرًا وَ تَمَامُهُ مَرَّ فِي قُولاَ
وَ تُحْذَفُ الْيَاءُ ya hərfi hazf edilir, فِي رَمَتَا rameta "o ikisi atdı -ms-" feilindən, أَصْلُ bu رَمَتَا feilinin uzaq əsli رَمَيَتْا və yaxın əsli isə رَمَيَتَا şəklindədir, ya hazf ediləndə رَمَتَا olur, وَ إِنْ لَمْ يَجْتَمِعِ السَّاكِنَانِ bu رَمَيَتَا sözündə iki sakin bir arada olmasa belə, لِأَنَّهُ işin doğrusu, يَجْتَمِعُ السَّاكِنَانِ iki sakin uzaq əsli olan رَمَيَتْا halında bir aradadır, تَقْدِيرًا təqdir olaraq, وَ تَمَامُه bu mövzunun tamı, مَرَّ فِي bu; قُولاَ sözü izah edilərkən keçmişdir
Mətnin Ümumi Mənası: Nakis təsniyə müənnəs qaib olan رَمَتَا feilinin əsasında ya hərfi hazf edilir. Bu feilinin uzaq əsli رَمَيَتْا və yaxın əsli isə رَمَيَتَا şəklindədir. Yaxın əsli olan رَمَيَتَا halında ya hazf ediləndə رَمَتَا olur. Ya hərfinin hazfi, رَمَيَتَا feilində iki sakin bir arada olmasa belə baş verir. Çünki رَمَيَتَا feilində ya hərfi elif hərfinə çevrilir və söz رَمَاتَا olur, ya hərfindən munkalib olan elif hərfi niyə hazf edildi ki, onunla birgə olan bir sakin hərf yoxdur axı. Məhz bu halda قُولاَ feili izah edilərkən deyilənlər işə düşür. Yəni feilinin uzaq əsli olan رَمَيَتْا halından baxsaq, ya hərfi elif hərfinə çevrilir və söz رَمَاتْا olur. Məhz burada iki sakin bir arada olur və ya hərfindən munkalib olan elif hərfi hazf edilir və söz رَمَتْا olur. Sonra təsniyə elifindən əvvəlki sakin te-nin fətahlanmasını tələb edir və söz رَمَتَا olur. Çünki رَمَتْا feilindəki sakin te tə'nis əlaməti, sakin elif isə təsniyə (fail zamiri) əlamətidir. Bir feildən əlamətini hazf etmək caiz deyil.