Terayinne ترين feli

وَ إِذَا أَدْخَلْتَ النُّونَ الثَّقِيلَةَ فِي الشَّرْطِ كَمَا فِي قَوْلِهِ تَعَالَى؛ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا سورة مريم ٢٦، حُذِفَتِ النُّونُ عَلاَمَةً لِلْجَزْمِ وَ كُسِرَتْ يَاءُ التَّأْنِيثِ حَتَّى يَطَّرِدَ بِجَمِيعِ نُونَاتِ التَّأْكِيدِ كَمَا فِي إِخْشَيِنَّ وَ يَجِيءُ تَمَامُهُ فِي بَابِ اللَّفِيفِ

وَ إِذَا أَدْخَلْتَ və تَرَيْنَ feilinə daxil etdiyin zaman, النُّونَ الثَّقِيلَةَ tə’kid üçün olan nun-u səqilə’ni, فِي الشَّرْطِ şərt feilinə, كَمَا فِي قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا “Əgər insanlardan birini görsən…” Məryəm surəsi 26-cı ayə, حُذِفَتِ النُّونُ nun hazf edilir, عَلاَمَةً لِلْجَزْمِ cəzm əlaməti səbəbilə, وَ كُسِرَتْ يَاءُ التَّأْنِيثِ tə’nis ya’sı da kəsrə olunur, حَتَّى يَطَّرِدَ muttarid, yəni bir səviyyədə, nizamda olsun deyə, بِجَمِيعِ نُونَاتِ التَّأْكِيدِ bütün tə’kid nunları, كَمَا فِي məsələn; أَخْشَيِنَّ feilində olduğu kimi, وَ يَجِيءُ تَمَامُهُ tamı sonra gələcək, فِي بَابِ اللَّفِيفِ lefif feillər babında

Mətnin Ümumi Mənası: تَرَيْنَ “görürsən -ms-“ şərt feili olaraq gələndə, sən də o feilə tə’kid edici nun-u müşəddədə əlavə etdikdə, misal;

Allah-Təalanın bu sözündə olduğu kimi;

 فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا

“Əgər insanlardan birini görsən…” ayəsindəki تَرَيِنَّ kimi. Bu halda تَرَيْنَ feilindən nun cəzm əlaməti olaraq hazf edilir və sözümüz تَرَيْ olur, tə’kid nunu əlavə olunanda isə تَرَينَّ olur. Sonra tə’nis ya’sı da kəsrə olunur və sözümüz تَرَيِنَّ olur. Bunun səbəbi إِخْشَيِنَّ feilində olduğu kimi bütün tə’kid nunlarının muttarid olması, yəni eyni səviyyədə olması üçündür. Bu mövzunun tamı lefif feillər babında sonra izah olunacaqdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Terayinne ترين feli
🎓
Xoş gəldiniz! Sual soruşun!