n. Təqrib Hərfi

حَرْفُ التَّقْرِيبِ

حَرْفُ التَّقْرِيبِ؛ وَ هُوَ قَدْ. يُقَرِّبُ الْمَاضِي مِنَ الْحَالِ، تَقُولُ؛ قَدْ قَمَتِ الصَّلاَةُ. وَ يُقَلِّلُ وَ يُحَقِّقُ، كَقَوْلِكَ؛ إِنَّ الْكَذُوبَ قَدْ يَصْدُقُ وَ إِنَّ الْجَوَادَ قَدْ يَعْثُرُ. كَقَوْلِهِ تَعَالَى؛ قَدْ يَعْلَمُ اللهُ الْمُعَوِّقِينَ سورة الأحزاب ١٨ وَ فِيهِ تَوَقُّعٌ وَ انْتِظَارٌ

حَرْفُ التَّقْرِيبِ yaxınlaşdırma hərfi, وَ هُوَ bir dənədir və قَدْ "kad" kimi gəlir. يُقَرِّبُ الْمَاضِي bu hərf keçmiş feli əvvəlinə gəldikdə onu indiki zamana yaxınlaşdırır, مِنَ الْحَالِ indiki zamana, تَقُولُ belə deyirsən; قَدْ قَمَتِ الصَّلاَةُ "Namaz yaxınlaşdı" kimi, وَ يُقَلِّلُ وَ يُحَقِّقُ bu hərf təsdiq və azlıq mənası ifadə edir, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi; إِنَّ الْكَذُوبَ قَدْ يَصْدُقُ "Şübhəsiz yalançı doğru danışa bilər & Yalançı bəzən doğru da danışar" və إِنَّ الْجَوَادَ قَدْ يَعْثُرُ "Şübhəsiz səxavətli (səxavətindən) büdrəyə bilər & Səxavətli bəzən xəsis ola bilər" kimi. كَقَوْلِهِ تَعَالَى Allah-taalanın bu sözündə olduğu kimi; قَدْ يَعْلَمُ اللهُ الْمُعَوِّقِينَ "Allah mane olanları bilmişdi" سورة الأحزاب ١٨ Əhzab surəsi 18, وَ فِيهِ və kad hərfində, تَوَقُّعٌ baş vermə və انْتِظَارٌ gözləmə mənaları vardır.

Yaxınlaşdırma Hərfi

Yaxınlaşdırma hərfi bir dənə olub قَدْ "kad" şəklində gəlir. Keçmiş feli əvvəlinə daxil olduqda onu hal zamana yaxınlaşdırır, misalı;

قَدْ قَمَتِ الصَّلاَةُ

"Namaz yaxınlaşdı" kimi.

Müzarif feli əvvəlinə daxil olduqda onda təsdiq və azlıq mənası ifadə edir, misalları;

إِنَّ الْكَذُوبَ قَدْ يَصْدُقُ

"Şübhəsiz yalançı doğru danışa bilər & Yalançı bəzən doğru da danışar" və,

إِنَّ الْجَوَادَ قَدْ يَعْثُرُ

"Şübhəsiz səxavətli (səxavətindən) büdrəyə bilər & Səxavətli bəzən xəsis ola bilər" kimi.

Allah-taalanın bu sözündə olduğu kimi;

قَدْ يَعْلَمُ اللهُ الْمُعَوِّقِينَ

"Allah mane olanları bilmişdi" kimi.

Bu hərfdə baş vermə və gözləmə mənaları vardır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › n. Təqrib Hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!