l. Məzdara Təvil Edən Hərflər

اَلْحَرْفَانِ الْمَصْدَرِيَّانِ

اَلْحَرْفَانِ الْمَصْدَرِيَّانِ؛ وَ هُمَا: أَنْ وَ مَا. كَقَوْلِكَ؛ أَعْجَبَنِي أَنْ خَرَجَ زَيْدٌ أَيْ أَعْجَبَنِي خُرُوجُهُ، وَ أُرِيدُ أَنْ يَخْرُجَ أَيْ أُرِيدُ خُرُوجَهُ. وَ قَوْلِهِ تَعَالَى؛ وَ ضَاقَتْ عَلَيْكُمْ الْأَرْضُ بِمَا رَحُبَتْ التوبة ٢٥، أَيْ بِرَحْبِهَا

اَلْحَرْفَانِ الْمَصْدَرِيَّانِ və məzdərə təvil edən hərflər, وَ هُمَا: iki dənədir və onlar; أَنْ ən-i məzdəriyyə və مَا ma-i məzdəriyyədir. كَقَوْلِكَ misalı sənin bu sözündə olduğu kimi; أَعْجَبَنِي أَنْ خَرَجَ زَيْدٌ "Zeydin çıxması xoşuma gəldi", أَيْ yəni; أَعْجَبَنِي خُرُوجُهُ "Onun çıxışı xoşuma gəldi" demək kimidir, وَ أُرِيدُ أَنْ يَخْرُجَ və "Çıxmasını istəyirəm" kimi, أَيْ yəni; أُرِيدُ خُرُوجَهُ "Çıxmasını istəyirəm" kimi. وَ قَوْلِهِ تَعَالَى və Allah-taalanın bu sözündə olduğu kimi; وَ ضَاقَتْ عَلَيْكُمْ الْأَرْضُ بِمَا رَحُبَتْ "Yer üzü sizə genişliyi ilə dar oldu" Tövbə 25, أَيْ yəni; بِرَحْبِهَا "genişliyi ilə" kimidir.

Məzdərə Təvil Edən Hərflər

Məzdərə təvil edən hərflər أَنْ və مَا olmaqla iki dənədir, misalları;

أَعْجَبَنِي أَنْ خَرَجَ زَيْدٌ

"Zeydin çıxması xoşuma gəldi" yəni;

أَعْجَبَنِي خُرُوجُهُ

"Onun çıxışı xoşuma gəldi" demək kimidir.

وَ أُرِيدُ أَنْ يَخْرُجَ

"Çıxmasını istəyirəm" yəni;

أُرِيدُ خُرُوجَهُ

"Çıxmasını istəyirəm" demək kimidir.

وَ ضَاقَتْ عَلَيْكُمْ الْأَرْضُ بِمَا رَحُبَتْ

"Yer üzü sizə genişliyi ilə dar oldu" yəni;

بِرَحْبِهَا

"genişliyi ilə" demək kimidir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › l. Məzdara Təvil Edən Hərflər
🎓
Xoş gəldiniz! Sual soruşun!