j. Sıla Hərfləri
حُرُوفُ الصِّلَةِ
Sıla hərfləri, yəni; İN, ƏN, MA, LA, MIN, BƏ və LAM hərfləridir. Məsələn, İN hərfi; belə: MA İN RAƏYTÜ ZEYDƏ – "Zeydi heç görmədim" kimi. Şair demişdir:
MA İN RAƏYTÜ VƏ LA SƏMİTÜ BİHİ
KƏLYAUMİ HANİƏ ƏNİQİN CURBİN
Yəni: "Bu gün dişi dəvələrin yarasını (uyuzunu, xəstəliyini) katranla müalicə edən qadını nə gördüm, nə də eşitdim" kimi. ƏN hərfi isə, LƏMMA ƏN – Allah-Təalanın sözündə olduğu kimi: FƏLƏMMA ƏN CƏƏL BƏŞİR – "Müjdəçi gəldiyi zaman" (Yusuf surəsi, 96). MA hərfi isə, MƏHMƏ sözündə – Allah-Təalanın sözündə olduğu kimi: MƏHMƏ TƏTİNƏ BİHİ MIN AYƏ – "Bizə nə ayə gətirsən də..." (Əraf surəsi, 132). EYİNƏMA sözündəki MA – Allah-Təalanın sözündə olduğu kimi: EYİNƏMA TƏKUNU YUDRİKUKUM ƏL-MƏVT – "Harada olsanız, ölüm sizi tutacaq" (Nisa surəsi, 78). FƏBİMA sözündəki MA – Allah-Təalanın sözündə olduğu kimi: FƏBİMA RƏHMƏTİN MINƏLLAHİ LİNTƏ LƏHUM – "Allahın rəhməti ilə onlara yumşaq davrandın" (Ali İmran surəsi, 159). LİƏLLA sözündəki LA – Allah-Təalanın sözündə olduğu kimi: LİƏLLA YAƏLƏMƏ ƏHLƏL-KİTAB – "Kitab əhli bilsin deyə" (Hədid surəsi, 29). LA sözündə – Allah-Təalanın sözündə olduğu kimi: LA UQSİMU – "And içirəm" (Qiyamə surəsi, 1). MIN sözündə – Məsələn: MA CƏƏNİ MIN ƏHƏD – "Heç kim mənə gəlmədi" kimi. BƏ sözündə – Məsələn: MA ZEYDUN BİQAYİM – "Zeyd ayaqda deyil" kimi. LAM sözündə – Allah-Təalanın sözündə olduğu kimi: RADİFƏ LƏKUM – "Arxanızca gəldi" (Nəml surəsi, 72).
Sıla (Zaid) Hərfləri
Sıla hərfləri, yəni zaid hərflər; İN, ƏN, MA, LA, MIN, BƏ və LAM hərfləridir.
| إِنْ | أَنْ |
| مَا | لاَ |
| مِنْ | بِ |
| لَِ | |
İn-i zaideyə gəldikdə; bu nümunədə olduğu kimidir;
مَا إِنْ رَأَيْتُ زَيْدًا
"Zeydi qətiyyən görmədim" kimi.
Şairin bu sözündə də olduğu kimi;
مَا إِنْ رَأَيْتُ وَ لاَ سَمِعْتُ بِهِ
كَالْيَوْمِ هَانِئَ أَنْيُقٍ جُرْبٍ
"Dişi dəvələrin yarasını (uyuzunu, xəstəliklərini) bu günkü kimi müalicə edən (qatranla sıvayan) bir qadını qətiyyən nə gördüm, nə eşitdim" kimi.
En-i zaideyə gəldikdə; Allah-Təalanın bu ayəsində lemmadan sonra gələn en kimi;
فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ
"Müjdə verən gəldiyi zaman" kimi, təqdiri فَلَمَّا جَاءَ kimidir.
مَهْمَا mehma sözündəki ma-i zaide, Allah-Təalanın bu ayəsində olduğu kimi;
مَهْمَا تَأْتِنَا بِهِ مِنْ آيَةٍ
"Ayə olaraq bizə nə gətirsən..." kimi.
Eynema’dakı ma-i zaide, Allah-Təalanın bu ayəsində olduğu kimi;
أَيْنَمَا تَكُونُوا يُدْرِكُكُمْ الْمَوْتُ
"Harada olsanız da ölüm sizi tutar" kimi, təqdiri أَيْنَ تَكُونُوا kimidir.
Bima sözündəki ma-i zaide, Allah-Təalanın bu ayəsində olduğu kimi;
فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ
"Allahdan olan bir rəhmət ilə onlara yumşaq davrandın" kimi, təqdiri فَبِرَحْمَةٍ kimidir.
La-i zaideyə gəldikdə; Allah-Təalanın bu ayəsində olduğu kimi;
لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ
"Kitab əhli bilsin deyə" kimi, təqdiri لِأَنْ يَعْلَمَ kimidir.
Yenə ayədəki la-i zaide;
لاَ أُقْسِمُ
"And içirəm" kimi, təqdiri أُقْسِمُ kimidir.
Bu nümunədəki min-i zaide;
مَا جَاءَنِي مِنْ أَحَدٍ
"Mənə heç kim gəlmədi" kimi, təqdiri مَا جَاءَنِي أَحَدٌ kimidir.
Bu nümunədəki ba-i zaide;
مَا زَيْدٌ بِقَائِمٍ
"Zeyd ayaqda deyil" kimi, təqdiri مَا زَيْدٌ قَائِمٌ və ya مَا زَيْدٌ قَائِمًا kimidir.
Bu ayədəki lam-i zaide;
رَدِفَ لَكُمْ
"Arxanızca düşdü" kimi, təqdiri رَدِفَكُمْ kimidir.