Enne-nin yüngülləşdirilməsi

تَخَفُّفُ أَنَّ

وَ تُخَفَّفُ الْمَفْتُوحَةُ فَتَعْمَلُ عَلَى ضَمِيرِ شَأْنٍ مُقَدَّرٍ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ وَ آخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ سورة يونس ١٠ وَ تَدْخُلُ عَلَى الْجُمَلِ مُطْلَقًا، نَحْوُ؛ بَلَغَنِي أَنْ زَيْدٌ أَخُوكَ أَوْ بَلَغَنِي أَنْ لاَ يَضْرِبُ زَيْدٌ

وَ تُخَفَّفُ və yüngülləşdirilir, yəni şəddəsi götürülür, الْمَفْتُوحَةُ  enne-i meftuhanın, yəni أَنَّ ‘nin, فَتَعْمَلُ bu səbəbdən əməl edir, عَلَى ضَمِيرِ شَأْنٍ مُقَدَّرٍ gizli bir şan zamiri üzərində, نَحْوُ قَوْلِهِ تَعَالَى misalı Allah-Təalanın bu sözündə olduğu kimi; وَ آخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ “Onların dualarının sonu; Həmd, aləmlərin Rəbbi Allah üçündür” Yunus surəsi 10, وَ تَدْخُلُ və en daxil olur, عَلَى الْجُمَلِ cümlələrə, مُطْلَقًا mütləq olaraq, نَحْوُ misalı belədir; بَلَغَنِي أَنْ زَيْدٌ أَخُوكَ “Qardaşının Zeyd olduğu xəbəri mənə çatdı”, أَوْ və ya, بَلَغَنِي أَنْ لاَ يَضْرِبُ زَيْدٌ “Zeyd-in vurmaması xəbəri mənə çatdı” kimi.

Enne-nin Yüngülləşdirilməsi

Enne-i meftuha yüngülləşdirilir və en olur və gizli bir şan zamiri üzərində əməl edir, misalları;

وَ آخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ

Onların dualarının sonu; Həmd, aləmlərin Rəbbi Allah üçündür” ayəsində olduğu kimi. أَنِ الْحَمْدُ ifadəsinin təqdiri أَنَّهُ الْحَمْدُ şəklindədir. أَنِ الْحَمْدُ لِلهِ ifadəsində الْحَمْدُ لِلهِ en-in xəbəridir və məhəllən mərfudur, en-in ismi isə gizli bir şan zamiridir ki, o da ـهُ zamiridir.

Enne-i muhaffefe, yəni en mütləq olaraq cümlələrə daxil olur, misalları;

بَلَغَنِي أَنْ زَيْدٌ أَخُوكَ

“Qardaşının Zeyd olduğu xəbəri mənə çatdı” ifadəsində en, enne-dən yüngülləşmiş və ismi gizli şan zamiri ـهُ zamiridir və xəbəri isə زَيْدٌ أَخُوكَ ifadəsidir, təqdiri isə أَنَّهُ زَيْدٌ أَخُوكَ kimidir.

بَلَغَنِي أَنْ لاَ يَضْرِبُ زَيْدٌ

“Zeyd-in vurmaması xəbəri mənə çatdı” ifadəsində en, enne-dən yüngülləşmiş və ismi gizli şan zamiri ـهُ zamiridir və xəbəri isə لاَ يَضْرِبُ زَيْدٌ ifadəsidir, təqdiri isə أَنَّهُ لاَ يَضْرِبُ زَيْدٌ kimidir. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Enne-nin yüngülləşdirilməsi
🎓
Xoş gəldiniz! Sual soruşun!