m. İstiqbal hərfləri
حُرُوفُ الْإِسْتِقْبَالِ
سَوْفَ وَ السِّينُ وَ أَنْ وَ لَنْ
سَوْفَ sevfe, السِّينُ sin, وَ أَنْ en və وَ لَنْ len hərfləri.
İstiqbal (Gələcəyə aid edən) Hərflər
Muzari feli gələcəyə aid etmək üçün 4 hərf istifadə olunur. Bunlar sin, sevfe, en-i masdariyyə və tə’kid-i nəfy-i istiqbal hərfi olan len-dir.
Misal üçün يَنْصُرُ “Yardım edir” muzari felinə bu hərfləri bir-bir əlavə etsək;
سَيَنْصُرُ
“Bir azdan yardım edəcək”,
سَوْفَ يَنْصُرُ
“Daha sonralar yardım edəcək”
أَنْ يَنْصُرَ
“Yardım etməsi”, yəni yardım edəcək olması kimi,
لَنْ يَنْصُرَ
“Heç vaxt yardım etməyəcək” kimidir.