Müqəddimə

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ

Şeyx, imam, alim, ilmi ilə əməl edən, Cəmaləddin İbn Hişam (Allah müsəlmanlara onun bərəkəti ilə fayda versin) dedi: Bu, irab qaydaları haqqında olan böyük və əzəmətli qaydalardır. Onları diqqətlə öyrənən adamı düzgün yola aparır və onu qısa müddətdə irabla bağlı bir çox bablardan nükte və incəliklərə agah edir. Mən bu kitabı sevdiyi şəxsə tabiblik edən kimi hazırladım və ona "İrab qaydalarının irabı" adını verdim. Allahdan uğur və ən düzgün yola hidayət etməsini Onun lütfü və kərəmilə diləyirəm.

قَالَ dedi, الشَّيْخُ şeyx olan, الْإِمَامُ imam (öndə) olan, الْعَالِمُ alim olan, الْعَامِلِ əməl edən, جَمَالُ الدِّينِ Cəmaləddin, ابْنُ هِشَامٍ İbn Hişam, نَفَعَ اللهُ الْمُسْلِمِينَ Allah müsəlmanlara fayda versin, بِبَرَكَتِهِ bu kitabın bərəkəti ilə, هَذَهِ bu, قَوَائِدُ qaydalardır, جَلِيلَةٌ böyük, əzəmətli, فِي قَوَاعِدِ الْإِعْرَابِ irab qaydaları haqqında, تَقْتَفِي aparır, مُتَأَمِّبَهَا o qaydaları diqqətlə öyrənəni, جَادَّةَ الصَّوَابِ düzgün yola, وَ تُطْلِعُهُ o adamı agah edir, فِي أَمَدٍ قَصِيرٍ qısa müddətdə, عَلَى نُكَتٍ كَثٍيرَةٍ bir çox nükte və incəliklərə, مِنَ الْأَبْوَابِ irabla bağlı bablardan, عَمِلْتُهَا onu hazırladım, عَمَلَ مَنْ طَبَّ tabiblik edən kimi, لِمَنْ حَبَّ sevdiyi şəxsə, وَ سَمَّيْتُهَا və ona ad verdim; بِالْإِعْرَابِ عَنْ قَوَاعِدِ الْإِعْرَابِ irab qaydalarının irabı kimi. Kitabın əsas adı اَلْإِعْرَابُ عَنْ قَوَاعِدِ الْإِعْرَابِ "İrab qaydalarının irabı" yəni açılmasıdır. وَ مِنَ اللهِ və Allahdan, أَسْتَمِدُّ التَّوْفِيقَ uğur diləyirəm, وَ الْهِدَايَةَ və hidayət, إِلَى أَقْوَمِ الطَّرِيقِ ən düzgün yola çatdırmasını, بِمَنِّهِ Onun lütfü ilə, və وَ كَرَمِهِ kərəmilə.

Mətnin Ümumi Mənası: Şeyx, imam, alim və ilmi ilə əməl edən Cəmaləddin İbn Hişam (əl-Ənsari) deyir ki: Bu böyük faydalar (bu kitabda olan) irab qaydaları haqqındadır. O qaydaları diqqətlə öyrənən adamı düzgün yola aparır və qısa müddətdə onu irab haqqında bablardan bir çox nükte və incəliklərə agah edir. Mən bu kitabı sevdiyi şəxsə tabiblik edən kimi hazırladım və ona "İrab qaydalarının açılması" yəni اَلْإِعْرَابُ عَنْ قَوَاعِدِ الْإِعْرَابِ adını verdim. Allahdan uğur və ən düzgün yola çatdırmasını diləyirəm.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Müqəddimə
🎓
Xoş gəldiniz! Sual soruşun!