1. Cins İsim
اِسْمُ الْجِنْسِ
وَ هُوَ عَلَى ضَرْبَيْنِ: اِسْمُ عَيْنٍ؛ كَرَجُلٍ وَ رَاكِبٍ. وَ اسْمُ مَعْنًى؛ كَعِلْمٍ وَ مَفْهُومٍ
وَ هُوَ عَلَى ضَرْبَيْنِ və cins isim iki hissəyə bölünür, اِسْمُ عَيْنٍ ism-i ayn "gözlə görünən", məsələn, رَجُلٌ "Adam" və رَاكِبٌ "Minici" kimi, digəri isə وَ اسْمُ مَعْنًى ism-i məna "gözlə görünməyən", məsələn, عِلْمٌ "Elm" və مَفْهُومٌ "Anlayış" kimi.
Cins İsim
Cins isim iki yerə ayrılır. Birincisi ism-i ayn, رَجُلٌ "Adam" və رَاكِبٌ "Minici" kimi gözlə görünən varlıqlar üçün istifadə olunur. İkincisi isə ism-i məna, عِلْمٌ "Elm" və مَفْهُومٌ "Anlayış" kimi gözlə görünməyən varlıqlar üçün istifadə olunur.