Kəlam
اَلْكَلاَمُ
اَلْكَلاَمُ مُؤَلَّفٌ إِمَّا مِنِ اسْمَيْنِ أُسْنِدَ أَحَدُهُمَا إِلَى الْآخَرِ، نَحْوُ؛ زَيْدٌ قَائِمٌ. وَ إِمَّا مِنْ فِعْلٍ وَ اسْمٍ، نَحْوُ؛ ضَرَبَ زَيْدٌ، وَ يُسَمَّى جُمْلَةً
اَلْكَلاَمُ – kəlam, مُؤَلَّفٌ – müəlləf, yəni bir araya gətirilmiş, meydana gəlmişdir, إِمَّا مِنِ اسْمَيْنِ – ya iki isimdən, أُسْنِدَ – isnad edilir, أَحَدُهُمَا – o iki isimdən biri, إِلَى الْآخَرِ – digərinə, نَحْوُ – misalı belədir; زَيْدٌ قَائِمٌ – "Zeyd ayaqdadır" kimi. وَ إِمَّا – kəlam ya da, مِنْ فِعْلٍ – bir fiildən, وَ اسْمٍ – və bir isimdən meydana gəlir, نَحْوُ – misalı belədir; ضَرَبَ زَيْدٌ – "Zeyd vurdu" kimi. Belə iki isim və ya isim və fiildən tərtib olunan kəlam; وَ يُسَمَّى جُمْلَةً – cümlə adlandırılır.
Kəlam
Ya iki isimdən bir araya gətirilir və iki isimdən birinin digərinə isnad edilir, misalı:
زَيْدٌ قَائِمٌ
"Zeyd ayaqdadır" tərkibində ayaqda olma işi Zeydə isnad edilir.
Ya da bir fiil və bir isimdən bir araya gətirilir, misalı:
ضَرَبَ زَيْدٌ
"Zeyd vurdu" tərkibi fiil və isim olan faildən ibarətdir.
Beləliklə, iki isim və ya bir fiil və bir isimdən meydana gələn və kəlam olan tərkibə cümlə deyilir.