Âvamil-i Cürcâniyə giriş

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ، اَلْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ وَ الصَّلاَةُ وَ السَّلاَمُ عَلَى خَيْرِ خَلْقِهِ مُحَمَّدٍ وَ عَلَى آلِهِ وَ صَحْبِهِ أَجْمَعِينَ

أَمَّا بَعْدُ؛ فَإِنَّ الْعَوَامِلَ فِي النَّحْوِ؛ عَلَى مَا أَلَّفَهُ الشَّيْخُ الْإِمَامُ عَبْدُ الْقَاهِرِ بْنُ عَبْدِ الرَّحْمَنِ الْجُرْجَانِيُّ -رَحْمَةُ اللهِ عَلَيْهِ- مِائَةُ عَامِلٍ؛ لَفْظِيَّةٌ وَ مَعْنَوِيَّةٌ، فَاللَّفْظِيَّةُ مِنْهَا عَلَى ضَرْبَيْنِ؛ سَمَاعِيَّةٌ وَ قِيَاسِيَّةٌ، فَالسَّمَاعِيَّةُ مِنْهَا أَحَدٌ وَ تِسْعُونَ عَامِلاً وَ الْقِيَاسِيَّةُ مِنْهَا سَبْعَةُ عَوَامِلَ وَ الْمَعْنَوِيَّةُ مِنْهَا عَدَدَانِ وَ تَتَنَوَّعُ السَّمَاعِيَّةُ مِنْهَا ثَلاَثَةَ عَشَرَ نَوْعًا

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ Rəhman və Rəhim olan Allahın adı ilə, اَلْحَمْدُ həmd, لِلهِ Allah üçündür, رَبِّ الْعَالَمِينَ aləmlərin Rəbbi olan, وَ الصَّلاَةُ və salat, وَ السَّلاَمُ və salam, عَلَى خَيْرِ خَلْقِهِ yaradılışı xeyirli olan üzərinə, مُحَمَّدٍ ki, o Məhəmməddir, وَ عَلَى آلِهِ və onun ailəsinə, وَ صَحْبِهِ أَجْمَعِينَ və onun bütün dostlarına olsun. أَمَّا بَعْدُ Bismillə, həmd və salavatdan sonra, فَإِنَّ الْعَوَامِلَ avamil, yəni amillər, فِي النَّحْوِ nahiv elmində, عَلَى مَا أَلَّفَهُ onu təlif etməsinə görə, الشَّيْخُ الْإِمَامُ şeyx və imam olan, عَبْدُ الْقَاهِرِ بْنُ عَبْدِ الرَّحْمَنِ Əbdülqahir ibn Əbdürrəhman, الْجُرْجَانِيُّ əl-Cürcani, رَحْمَةُ اللهِ عَلَيْهِ Allah ona rəhmət eləsin, مِائَةُ عَامِلٍ yüz amil olaraq təlif etdi, لَفْظِيَّةٌ وَ مَعْنَوِيَّةٌ bu yüz amili ləfzi və mənəvi olaraq iki hissəyə ayırdı, فَاللَّفْظِيَّةُ مِنْهَا bu iki hissədən ləfzi olanına gəlincə, عَلَى ضَرْبَيْنِ o da iki hissədir, سَمَاعِيَّةٌ وَ قِيَاسِيَّةٌ səmai və qiyasi olmaq üzrə, فَالسَّمَاعِيَّةُ مِنْهَا bu iki hissədən səmai olanına gəlincə; أَحَدٌ وَ تِسْعُونَ عَامِلاً doxsan bir amildir, وَ الْقِيَاسِيَّةُ مِنْهَا bu iki hissədən qiyasiya gəlincə; سَبْعَةُ عَوَامِلَ o da yeddi amildir, وَ الْمَعْنَوِيَّةُ مِنْهَا ləfzi və mənəvi olaraq başda iki hissəyə ayrılan hissədən mənəvi...

Olanına gəldikdə; عَدَدَانِ – bu da iki ədəddir, وَ تَتَنَوَّعُ السَّمَاعِيَّةُ مِنْهَا – semai amillərdən olan, sayı doxsan bir olanlar növlərə bölünür, növləndirilir, ثَلاَثَةَ عَشَرَ نَوْعًا – on üç növ olaraq. Mətnin Ümumi Mənası: Rəhman və Rəhim olan Allahın adı ilə... Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam isə xeyirli bir yaradılış üzərində yaradılan Məhəmməd (aleyhissəlam) və onun ailəsinə və bütün dostlarına olsun. Bismillah, hamd və salavatı qeyd etdikdən sonra gəlin nahiv elminin amillərinə baxaq; bu amillər Şeyx İmam Əbdülqahir ibn Əbdürrəhman əl-Cürcani tərəfindən təlif olunduğu kimi yüz ədəddir. Bu yüz amil ləfz və mənəvi olmaqla iki yerə bölünür. Ləfzi amillər də semai və qiyasi olmaqla iki yerə ayrılır. Semai amillər (ləfzi semai) doxsan bir ədəddir. Qiyasi (ləfzi qiyasi) amillər isə yeddi ədəddir. Mənəvi amillər isə iki ədəddir. Bu doxsan bir semai amil, yəni tam adı ilə ləfzi semai amillər, ümumilikdə on üç növ olmaqla bu kitabda izah olunmuşdur. Amillər 100 Mənəvi – 2 ədəd Ləfzi – 98 ədəd Ləfzi – 98 ədəd Semai – 91 ədəd Qiyasi – 7 ədəd Qeyd: Cürcan şəhəri Taberistan və Xorasan arasında yerləşən və hazırda İran sərhədləri daxilində olan bir şəhərdir.
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Âvamil-i Cürcâniyə giriş
🎓
Xoş gəldiniz! Sual soruşun!