Alime علم və Alleme علّم Fəillərinin Əmri
وَ لاَ يُحْذَفُ أَلِفُ الْوَصْلِ فِي الْخَطِّ حَتَّى يَلْتَبِسَ الْأَمْرُ مِنْ عَلِمَ بِأَمْرِ عَلِّمْ، فَإِنْ قِيلَ؛ يُعْلَمُ بِالْإِعْجَامِ، قُلْنَا؛ اَلْإِعْجَامُ يُتْرَكُ كَثِيرًا وَ مِنْ ثَمَّةَ فَرَّقُوا بَيْنَ عُمَرُ وَ عَمْرٍو بِالْوَاوِ
وَ لاَ يُحْذَفُ və silinmir, أَلِفُ الْوَصْلِ vasıl hemzesi, فِي الْخَطِّ yazıda, حَتَّى يَلْتَبِسَ qarışmasın deyə, الْأَمْرُ مِنْ عَلِمَ "alime" fiilindən gələn əmr fiili ilə, tef’il babından olan "alleme" fiilindən gələn əmr fiili olan عَلِّمْ fiili ilə, فَإِنْ قِيلَ əgər deyilərsə, يُعْلَمُ بِالْإِعْجَامِ bu hal, fərq i’cam (bir hərfi nöqtələmək, ona fərq işarəsi qoymaq) ilə bilinir, قُلْنَا biz də deyirik; اَلْإِعْجَامُ يُتْرَكُ كَثِيرًا i’cam çox vaxt tərk olunur, tətbiq edilmir, وَ مِنْ ثَمَّةَ bu səbəbdən, فَرَّقُوا ayırdılar, بَيْنَ arasını, عُمَرُ "Ömər" sözü ilə, وَ عَمْرٍو "Amr" sözü arasını, بِالْوَاوِ vav ilə.
Mətnin Ümumi Mənası: عَلِمَ sülasi mücərrəd fiilinin əmr fiili olan إِعْلَمْ "bil" fiili ilə, tef’il babından olan mazi عَلَّمَ fiilinin əmr fiili olan عَلِّمْ "bildir" fiili arasında qarışma olmasın deyə عَلِمَ fiilinin əmr fiili olan إِعْلَمْ fiilindən hemze silinmir. Əgər desələr ki, إِعْلَمْ fiilindən hemze silinsə belə عَلِّمْ fiili ilə qarışmaz, çünki i’cam (hərfdəki nöqtə, şedde kimi fərq işarəsi və s.) var, o halda deyirik ki, i’cam çox vaxt tərk olunur və bir çox mətnlərdə hərəkə yazılmır və fərq bilinmir, bu səbəbdən إِعْلَمْ fiilindən hemze silinərsə علم olarsa, o zaman عَلِّمْ ilə qarışar. Buna görə عُمَرُ "Ömər" ilə عَمْرٌو "Amr" sözlərini ayırmaq üçün vav hərfi istifadə etdilər. Halbuki vav olması عمر sözü Ömər mi, Amr mı olduğu bilinmir.