Mərfu münfəsil zamirlər

اِثْنَا عَشَرَ لِلْمَرْفُوعِ الْمُنْفَصِلِ، نَحْوُ؛ هُوَ ضَرَبَ إِلَى نَحْنُ ضَرَبْنَا، اَلْأَصْلُ فِي هُوَ أَنْ يُقَالُ؛ هُوَ هُوَا هُوُوا، وَ لَكِنْ جُعِلَ الْوَاوُ مِيمًا فِي الْجَمْعِ لِإِتِّحَادِ مَخْرَجِهِمَا وَ اجْتِمَاعِ الْوَاوَيْنِ فَصَارَ هُمُوا. ثُمَّ حُذِفَتِ الْوَاوُ كَمَا فِي ضَرَبْتُمُوا، وَ حُمِلَتِ التَّثْنِيَةُ عَلَيْهِ وَ قِيلَ؛ حَتَّى يَقَعَ الْفَتْحَةُ عَلَى الْمِيمِ الْقَوِيِّ وَ أُدْخِلَ الْمِيمُ فِي أَنْتُمَا كَمَا مَرَّ فِي ضَرَبْتُمَا وَ حُمِلَ الْجَمْعُ عَلَيْهِ

اِثْنَا عَشَرَ on iki dənəsi, لِلْمَرْفُوعِ الْمُنْفَصِلِ merfu munfəsil zamir üçündür, نَحْوُ misal olaraq belədir; هُوَ ضَرَبَ “O vurdu”, إِلَى yəni, نَحْنُ ضَرَبْنَا “Biz vurduq” felinə qədər olan zamirlər. اَلْأَصْلُ فِي هُوَ hüve zamiri əslində, أَنْ يُقَالُ belə çəkilməli idi; هُوَ هُوَا هُوُوا kimi, وَ لَكِنْ lakin, جُعِلَ الْوَاوُ vav hərfi, مِيمًا mim olaraq, فِي الْجَمْعِ cəm olan yəni هُوُوا formasında, لِإِتِّحَادِ bir olduğu üçün, مَخْرَجِهِمَا vav və mim hərflərinin çıxış yerləri, وَ اجْتِمَاعِ الْوَاوَيْنِ və cəm olan yəni هُوُوا formasında iki vav bir arada toplandığı üçün, هُوُوا sözü فَصَارَ bu dəyişiklikdən sonra oldu, هُمُوا oldu. ثُمَّ حُذِفَتِ الْوَاوُ sonra bu هُمُوا sözündən vav çıxarıldı, كَمَا فِي misal olaraq, ضَرَبْتُمُوا sözündə olduğu kimi, وَ حُمِلَتِ التَّثْنِيَةُ təsniyə də tətbiq olundu, عَلَيْهِ cəm sözünə, وَ قِيلَ və deyildi ki; حَتَّى يَقَعَ الْفَتْحَةُ fatha düşür, عَلَى الْمِيمِ الْقَوِيِّ güclü mim üzərinə, وَ أُدْخِلَ الْمِيمُ və mim hərfi daxil edildi, فِي أَنْتُمَا entuma sözünə, كَمَا مَرَّ فِي ضَرَبْتُمَا darabtuma sözündə olduğu kimi, وَ حُمِلَ الْجَمْعُ cəm söz də tətbiq olundu, عَلَيْهِ təsniyə üzərinə.

Mətnin Ümumi Mənası: 12 zamir merfu munfəsil zamirdir. Bunlar هُوَ ضَرَبَ sözündən نَحْنُ ضَرَبْنَا sözünə qədərdir.

هُمْ هُمَا هُوَ
هُنَّ هِيَ
أَنْتُمْ أَنْتُمَا أَنْتَ
أَنْتُنَّ أَنْتِ
نَحْنُ أَنَا

Müfred müzekker fellərin altında duran هُوَ zamirinin çəkilişi əslində belə olmalı idi:

Cəm Təsniyə Müfred
هُوُوا هُوَا هُوَ

Vav və mim hərflərinin məxrəc yeri eyni olduğu üçün və cəm halında da iki vav bir araya gəldiyi üçün vav hərfi mim hərfinə çevriləndə yuxarıdakı cədvəldə cəm sütununda olan هُوُوا ifadəsi هُمُوا olur. Bundan sonra ضَرَبْتُمُوا ifadəsində deyildiyi kimi vav hərfi hazf edilmişdir və ifadəmiz ضَرَبْتُمْ olmuşdur (Sonda olan əlifin mövzusu və mim hərfinin sakin olması əvvəlki dərslərdə izah olunub). Təsniyə olan هُوَا ifadəsində də vav hərfi mim hərfinə çevrilib cəm ifadəyə yönləndirilmiş və هُمَا olmuşdur. Güclü olan mim hərfinin üzərinə fətənin yüngül olması səbəbindən fətə gətirilmişdir. ضَرَبْتُمَا ifadəsində izah olunduğu kimi أَنْتُمَا müstəqil zamirinə mim əlavə olunub və cəm ifadə də təsniyəyə yönləndirilmişdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mərfu münfəsil zamirlər
🎓
Xoş gəldiniz! Sual soruşun!