əl-muḍaf və əl-muḍaf iləyh
المضاف والمضاف إليه
ديوان البحتريِّ؛ المضاف والمضاف إليه bir-biri ilə əlaqəli iki sözdür. Birincisi cümlədəki yerinə görə i'rab olunur. İkincisi isə həmişə məcrur olur.
كيف نميز المضاف إليه؟
ديوان البحتري ifadəsini qısaldıb ديوانه deyirik. مسجد المدينة ifadəsini isə مسجدها kimi qısaldırıq. Bu cür, المضاف إليه şəxsi əvəzliklə əvəz oluna bilər. Onu ayırd etmək üçün bu asan üsuldur.
متى يأتي المضاف إليه؟
زمان və məkan zərfindən sonra المضاف إليه gəlir.
قبلَ النومِ
وسْطَ الحشودِ
دونَ شكٍ
عندَ مفترقٍ
Öz-özünə tam olmayan, tamamlanmağa ehtiyacı olan sözlərdən sonra da المضاف إليه gəlir.
رغم الظروفِ
سائر المشتركين
سوى رجلٍ
غير ممكنٍ
جميع الأطرافِ
كلّ الناسِ
بعض الموظفين
مثل الحصانِ
شبه مستحيلٍ
أول شخصٍ
آخر شارعٍ
كلا الشخصينِ
كلتا المسألتينِ
ذو مالٍ
ذات الخلخالِ
أخو محمودٍ
أبو سعدٍ
أيُّ مسؤولٍ
سبحانَ اللهِ
معاذَ اللهِ
حسب المرءِ
Saydan sonra çox vaxt المضاف إليه gəlir.
ستة أشهرٍ
مئة دينارٍ
ألف جنديٍ
مليون دولارٍ
خمسمئةِ كتابٍ
ثالث موجزٍ
رابعة نشرةٍ
Üstünlük dərəcəsi bildirən isimdən sonra المضاف إليه gəlir.
أعظم المخترعين
أفضل حلٍ
أصغر مخلوقٍ
كبرى المدنِ
المضاف
المضاف, yəni izafə tərkibində birinci söz – cümlədə mübtəda, xəbər, fail və s. ola bilər, cümlədəki yerinə görə dəyişir.
Əgər المضاف kişi cinsində cəmlik və ya təsniyə formasında olarsa, izafə səbəbindən sondakı nun hərfi düşür; مثيرو الشغْبِ; رجُلا الإطفاءِ. Əslində: مثيرون və رجلان.
عسلُ نحلِ بستانِ أميرِ الطائفِ dadlıdır. Burada ard-arda gələn dörd sözün hər biri məcrur vəziyyətdə olan المضاف إليه-dir.