Bir Atıf Hərfi ilə Bir Neçə Matuf

وَ يَجُوزُ عَطْفُ شَيْئَيْنِ بِحَرْفٍ وَاحِدٍ عَلَى مَعْمُولَيْ عَامِلٍ وَاحِدٍ بِالْإِتِّفَاقِ، نَحْوُ؛ ضَرَبَ زَيْدٌ عَمْرًا وَ بَكْرٌ خَالِدًا. وَ لاَ يَجُوزُ عَلَى مَعْمُولَيْ عَامِلَيْنِ مُخْتَلِفَيْنِ إِلاَّ عِنْدَ تَقَدُّمِ الْجَارِّ عَلَى رَأْيٍ، نَحْوُ؛ فِي الدَّارِ زَيْدٌ وَ الْحُجْرَةِ عَمْرٌو

وَ يَجُوزُ və caizdir, عَطْفُ شَيْئَيْنِ iki və ya daha çox şeyi bir-birinə bağlamaq, بِحَرْفٍ وَاحِدٍ bir atıf hərfi ilə, عَلَى مَعْمُولَيْ iki və ya daha çox mə'mul üzərinə, عَامِلٍ وَاحِدٍ bir amilin, بِالْإِتِّفَاقِ ittifaqla, نَحْوُ misal olaraq; ضَرَبَ زَيْدٌ عَمْرًا وَ بَكْرٌ خَالِدًا "Zeyd Amra, Bəkr də Xalida vurdu" kimi, وَ لاَ يَجُوزُ və caiz deyil, عَلَى مَعْمُولَيْ iki və ya daha çox mə'mul üzərinə, عَامِلَيْنِ مُخْتَلِفَيْنِ iki fərqli amilin, عِنْدَ تَقَدُّمِ الْجَارِّ amillərdən biri olan hərfi-cərrin qabağa çəkilməsi halında, عَلَى رَأْيٍ bir fikrə görə, نَحْوُ misal olaraq; فِي الدَّارِ زَيْدٌ وَ الْحُجْرَةِ عَمْرٌو "Evdə Zeyd və otaqda da Amr var" kimi.

Mətnin Ümumi Mənası: Bir amilin iki və ya daha çox mə'mulü üzərinə bir atıf hərfi ilə iki və ya daha çox sözün bağlanması alimlərin ittifaqı ilə caizdir, misal;

ضَرَبَ زَيْدٌ عَمْرًا وَ بَكْرٌ خَالِدًا

"Zeyd Amra, Bəkr də Xalida vurdu" ifadəsində ضَرَبَ fel amildir və زَيْدٌ sözü onun birinci mə'mulu və faili, عَمْرًا isə ikinci mə'mulu və məf'uludur. وَ isə atıf hərfidir. بَكْرٌ sözü cümlədəki yeganə amil olan ضَرَبَ felinin birinci mə'mulu olan زَيْدٌ üzərinə və خَالِدًا sözü isə ضَرَبَ felinin ikinci mə'mulu olan عَمْرًا üzərinə bağlanmışdır.

*İki amilin iki mə'mulu üzərinə bir atıf hərfi ilə iki şeyin bağlanması caiz deyil. Lakin amil olan hərfi-cərr qabağa çəkilərsə bir fikrə görə caiz olur, misal;

فِي الدَّارِ زَيْدٌ وَ الْحُجْرَةِ عَمْرٌو

"Evdə Zeyd və otaqda da Amr var" ifadəsində فِي hərfi-cərr birinci amildir və gecikmiş mübtəda olan زَيْدٌ sözünü qaldıran mənəvi amil isə ikinci amildir. وَ atıf hərfidir və bir atıf hərfi ilə الْحُجْرَةِ sözü birinci amil olan فِي hərfi-cərrin mə'mulu olan الدَّارِ üzərinə bağlanmışdır. عَمْرٌو sözü isə ikinci amil olan mənəvi amilin qaldırdığı gecikmiş mübtəda olan زَيْدٌ üzərinə bağlanmışdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Bir Atıf Hərfi ilə Bir Neçə Matuf
🎓
Xoş gəldiniz! Sual soruşun!