Dibacə 2
و بعد قیقول الفقیر إلى الله الغنی مسعود بن عمر المدعو بسعد التافتازانی. هداه الله سواء الطریق و أذاقه حلاوة التحقیق. إنی قد شرحت فیما مضى تلخیص المفتاح. و أغنیته بالإصباح عن المصباح. و أودعته غرائب نکت سمحت بها الأنظار. و وشحته بلطائف فِقَر سبکتها ید الأفکار. ثم رأیت الجمع الکثیر من الفضلاء و الجمع الغفیر من الأذکیاء. یسألوننی صرف الهمة نحو اختصاره و الإقتصار على بیان معانیه و کشف استاره
Bundan sonra – yani Bismillah, Hamd və Salavatdan sonra – Allahın zənginliyinə möhtac olan və Sadi Taftazani adlandırılan Məsud ibn Ömər (Allah onu doğru yola yönəltsin və həqiqətin şirinliyini ona daddırsın) belə deyir: Mən keçmişdə "Təlxisül-Miftah" üçün bir şərh yazmışdım. Bu şərhlə onu, yəni "Təlxisül-Miftah"ı səhər işığı ilə nura qərq etdim və incə nükdələr yerləşdirdim. Bu nükdələr və fikirlər səxavətli idi. Sonra onu gözəl boyunbağı ilə bəzədim. Fikirlərin əli isə onu bir qəlibə saldı.
Sonra elm sahəsində qabaqda olanlar və zəkalı insanlardan bir qrup gördüm və məndən bütün diqqətimi bu şərhə yönəldərək onun mənalarını izah edib gizli tərəflərini aşkar edəcək şəkildə bu şərhi ixtisar və qısaltmamı istədilər.
İzah: Siracəddin Səkkaki adlı alim Miftahül-ulum adlı bir əsər yazmışdır. Sonra bu əsər Kaznivi tərəfindən Təlxisül-Miftah adı ilə qısaldılmışdır. Hazırda isə Təlxis adı ilə məşhurdur. Sadəddin Taftazani isə "Təlxisül-Miftah" adlı kitab üçün Mutəvval adlı bir şərh yazmışdır. Mətnində, keçmişdə "Təlxisül-Miftah" üçün bir şərh yazmışdım deyərək Mutəvval kitabına işarə edir. Sadəddin Taftazaniyə tələb olunan şey Mutəvval adlı şərhin ixtisar və qısaldılmasıdır. Bu səbəbdən də Muxtasarül-Məani ortaya çıxmışdır.