Muzaf və Muzafun İleyhin Həzfi

*Muzaf hazf olunanda muzafun ileyh onun yerini və i'rabını tutur;

وَ اسْئَلِ الْقَرْيَةَ

Kəndə (xalqına, camaatına) soruş! Yusuf 82

Ayədə muzaf olan söz hazf olunub. Cümlənin əsli;

وَ اسْئَلْ أَهْلَ الْقَرْيَةِ

Kəndə (yəni kənd əhalisinə) soruş!

Ayədə muzaf və meful mövqeyində olan "ehl" sözü hazf olunub və yerinə muzafun ileyh gəlib, muzafun ileyh muzaf kimi mensub olub.

*Muzafun ileyh hazf olunanda muzafa müəyyənlik artikli (harf-i tarif) və ya tənvin əlavə olunur;

وَ نَهَى النَّفْسَ عَنِ الْهَوَى

Nəfsini pis arzularından uzaqlaşdırdı Naziat 40

Ayədə muzafun ileyh olan söz hazf olunub. Cümlənin əsli;

وَ نَهَى النَّفْسَ عَنِ هَوَاهَا

Nəfsini pis arzularından uzaqlaşdırdı Naziat 40

Ayədə muzafun ileyh olan "ha" əvəzliyi hazf olunanda "heva" olan muzafa müəyyənlik artikli əlavə olunub və "el-heva" olub.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › Muzaf və Muzafun İleyhin Həzfi
🎓
Xoş gəldiniz! Sual soruşun!