1. Yalnız Cümləyə Muzaf Olanlar
لَمَّا
Cümləyə muzaf olan zərflərdəndir. Özündən sonra gələn muzafun ileyh cümləsi eyni zamanda şərt cümləsidir;
لَمَّا نَزَلَ الثَّلْجُ خَرَجْتُ مِنَ الْبَيْتِ
Qar yağanda evdən çıxdım
*Lemma edatı muzari feilinin əvvəlinə gəldikdə məlum olduğu kimi o muzari feilini cəzm edər, məzi feilinin əvvəlinə gəldikdə isə şərt edatı olur. Bu edat həmişə sükun üzərində mebnidir. Şərt edatı olduqda özündən sonra gələn məzi feilinə "-anda", "-əndə" kimi mənalar əlavə edir.
لَمَّا لَمْ يَجْتَهِدْ زَيْدٌ مَا نَجَحَ فِي الْإِمْتِحَانِ
Zeyd çalışmayanda imtahanda uğur qazana bilmədi
Məsəldə şərt edatı lemma'dan sonra məna etibarilə məzi feil kimi olan bir cəhd sözü gəlmişdir.
Qar yağanda evdən çıxdım
إِذَا
Cümləyə muzaf olan zərflərdəndir. Özündən sonra gələn muzafun ileyh cümləsi eyni zamanda şərt cümləsidir və bu şərt cümləsinin feili məzi və ya məzi mənalı olur, cavabı isə adətən muzari olur, amma məzi də olsa muzari mənası verilir;
إِذَا أَحْسَنْتَ النَّاسَ يَثْنُونَ عَلَيْكَ
İnsanlara yaxşılıq etsən səni tərifləyərlər
*İza feil cümləsindən əvvəl gələrsə zaman zərfi, isim cümləsindən əvvəl gələrsə müfaceə hərfi olur.
حَيْثُ
Cümləyə muzaf olan məkan zərfidir, dammə üzərində mebnidir, daha çox feil, amma bəzən də isim cümləsinə muzaf olur, müəyyən isimdən sonra gələrsə hal, qeyri-müəyyən isimdən sonra gələrsə sifət olur.
جَلَسْتُ حَيْثُ أَسْتَطِيعُ الْأَكْلَ بِالرَّاحَةِ
Yeməyi rahatlıqla yeyə biləcəyim bir yerə oturdum
إِذْ
Cümləyə muzaf olan zaman zərfidir, mefulun fih, mefulun bih, mefulun leh olur. İz'dən sonra muzari feil və ya isim cümləsi gələrsə gələcək zaman ifadə edir, sükun üzərində mebnidir.
كُنْتُ قَدْ لَقِيتُكَ إِذْ أَنْتَ شَابٌّ
Gəncliyində səninlə qarşılaşmışdım