Ecvef fellərdəki 2-ci növ İ'lâl əməliyyatı

Əcvəf feilərdə vav və ya hərfinin hərəkələrinin əvvəlki hərfə köçürülməsi

Vav və ya hərflərinin əvvəlində olan hərf səhhih və sakit bir hərf olarsa və ya özündə i'lâl əməli tətbiq olunması baxımından səhhihə bənzəyən bir ilət hərfi olarsa, o halda hərəkəli olan vav və ya ya hərfinin hərəkəsi əvvəlindəki hərfə köçürülür. Bu əməliyyatdan sonra həmin vav və ya ya hərfi sakit qalır və feil üçün 4 hal mövcuddur;

1.Hal: Ayn ul-feil olan vav və ya ya hərfinin hərəkəsi özündən əvvəl gələn səhhih və sakit hərfə köçürüldükdən sonra başqa bir əməliyyat aparılmır;

I'lâl Bina-i Vavi  Bina-i Yai
Əsli يَقْوُلُ يَيْبِعُ
Son Hali يَقُولُ يَبِيعُ

Cədvəldə görünən əcvəf bina-i vavi olan يَقْوُلُ feilində ayn ul-feil olan vav hərfi, əvvəlində səhhih və sakit bir hərf (kaf hərfi) olduğu üçün hərəkəsini ona vermişdir və feilimiz يَقُولُ olmuşdur, çünki səhhih hərflər ilətli hərflərə nisbətən hərəkəni daşımağa daha layiqdir. Eyni şəkildə əcvəf bina-i yai olan يَيْبِعُ feilində ayn ul-feil olan ya hərfi, əvvəlində səhhih və sakit bir hərf (be hərfi) olduğu üçün hərəkəsini ona vermişdir və feilimiz يَبِيعُ olmuşdur. Bundan sonra bu feilərdə dəyişiklik olmur, çünki ayn ul-feillər, əvvəlki hərfin hərəkəsi ilə uyğunlaşır, damməyə vav, kəsrəyə ya kimi.

2.Hal: Ayn ul-feil olan vav və ya ya hərfinin hərəkəsi özündən əvvəl gələn səhhih və sakit hərfə köçürüldükdən sonra sözdə qəlb əməli tətbiq olunur. Bu əməliyyat 2 hissədən ibarətdir;

a) Ayn ul-feil olan vav hərfinin ya hərfinə qəlb olunması;

I'lâl Feil
Əsli يُقْوِمُ
Vav hərəkəsini əvvəlki hərfə köçürdü يُقِوْمُ
Sakit vav ya oldu يُقِيْمُ
Sakit ya medd oldu يُقِيمُ

b) Ayn ul-feil olan vav və ya hərfinin fətha hərəkəsi özündən əvvəl gələn səhhih və sakit hərfə köçürüldükdən sonra sakitləşdirilən həmin vav və ya hərfi elif hərfinə qəlb olunur;

Bina-i Vavi Bina-i Yai
Əsli يَخْوَفُ يَهْيَبُ
Ayn ul-feil hərəkəsini köçürdü يَخَوْفَ يَهَيْبُ
Ayn ul-feil elif oldu يَخَافَ يَهَابُ

3.Hal: Ayn ul-feil olan vav və ya ya hərfinin hərəkəsi özündən əvvəl gələn səhhih və sakit hərfə köçürüldükdən sonra sakit qalan həmin vav və ya hərfin hazf olunması;

Əsli يَقْوُلْنَ يَبْيِعْنَ مَقْوُولٌ يَخْوَفْنَ
Ayn ul-feil hərəkəsini köçürdü يَقُولْنَ يَبِيعْنَ مَقُوولٌ يَخَوْفْنَ
Sakit ayn ul-feil hazf olundu يَقُلْنَ يَبِعْنَ مَقُولٌ يَخَفْنَ
Son Hali يَقُلْنَ يَبِعْنَ مَقُولٌ يَخَفْنَ

4.Hal: Ayn ul-feil olan vav və ya ya hərfinin hərəkəsi özündən əvvəl gələn səhhih və sakit hərfə köçürüldükdən sonra elif və ya ya hərfinə qəlb olunub, iki sakit bir yerə gəldiyinə görə həmin elif və ya ya hərfinin hazf olunması;

I'lâl Feil
Məchul muzari feil, əmr lamı gələndə يُقَالُ
Əsli لْيُقْوَلْ
Vav hərəkəsini köçürdü لِيُقَوْلْ
vav elif oldu لِيُقَالْ
elif hazf olundu لِيُقَلْ
Məchul muzari feil, əmr lamı gələndə يُبْيَعُ
Əsli لِيُبْيَعْ
ya hərəkəsini köçürdü لِيُبَيْعْ
ya elif oldu لِيُبَاعْ
elif hazf olundu لِيُبَعْ

Cədvəldə göründüyü kimi əcvəf olan bir muzari feil məchul olduqda əvvəlinə əmr lamı gəldikdə əvvəli cəzimlənir, sonra feilinin ayn ul-feilindəki hərəkə əvvəlki hərfə köçürülür, sonra sakit qalan ayn ul-feil elif olur, sonra o elif ilə lam ul-feil bir yerdə iki sakit olunca feilinin səhhih bir hərfini hazf etməkdənsə, ilətli olan hərfini hazf etmək daha münasibdir, buna görə də ayn ul-feildən qəlb olunmuş elif hərfi hazf olunur.

Məzdarın əsli إِقْوَامَةٌ
Vav hərəkəsini köçürdü إِقَوْامَةٌ
Vav elif oldu إِقَاامَةٌ
Elif hazf olundu إِقَامَةٌ
Son Hali إِقَامَةٌ
إِقَامَةٌ sözü kimi əcvəf olan məzdarların sonunda olan te hərfi, müzaf olduqda düşür;

رِجَالٌ، لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَ لَا بَيْعٌ عَنْ ذِكْرِ اللّٰهِ وَ إِقَامِ الصَّلٰوةِ وَ ا۪يتَاءِ الزَّكٰوةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَ الْاَبْصَارُ

Ticarət və alış-veriş onları Allahı zikr etməkdən, namazı qılmaqdan və zəkat verməkdən yayındıra bilməyən, gözlərin və qəlblərin dəhşətlə sarsılacağı gündən qorxan şəxslər... Nur 37
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Sarf Bilikləri › Ecvef fellərdəki 2-ci növ İ'lâl əməliyyatı
🎓
Xoş gəldiniz! Sual soruşun!