7. Qayda

Vav və ya hərfi bir kəlimədə bir araya gələrsə və birincisi sakin, ikincisi hərəkəli olarsa, vav hərfi ya hərfinə çevrilir. Əgər vav hərfindən munkalib olan ya hərfinin ma qabli damməli olarsa, o dammə kəsrəyə çevrilir.

Fəillər مَرْمِيٌّ مَخْشِيٌّ
Əsləri مَرْمُويٌ مَخْشُويٌ
Ya'ya çevrilmə مَرْمُيْيٌ مَخْشُيْيٌ
Çevrilmə nəticəsi مَرْمُيٌّ مَخْشُيٌّ
Ma qabli kəsrələndi مَرْمِيٌّ مَخْشِيٌّ

مَرْمِيٌّ ləfzinin əsli مَرْمُويٌّ şəklindədir. Bu مَرْمُويٌّ ləfzində hərəkəli bir vav və hərəkəsiz bir ya hərfi yan-yana gəlmişdir. Bu səbəbdən i'lal üçün zəmin hazırlanmışdır. Qayda üzrə hərəkəli vav, Hərəkəsiz ya hərfinə çevrilmişdir və feilimiz مَرْمُيْيٌ olmuşdur. مَرْمُيْيٌ feilində də eyni cinsdən iki hərf (əsli ya hərfi ilə vav hərfindən muncalib ya) yanaşı gəldiyinə görə idqam lazım olmuşdur və feilimiz مَرْمُيٌّ halına gəlmişdir. İkinci qayda üzrə muncalib vav hərfinin mə qabli damməli olarsa, bu dammə kəsrəyə çevrilir və feilimiz مَرْمِيٌّ son halını alır. مَخْشِيٌّ sözünün əsli مَخْشُويٌّ şəklindədir. Bu مَخْشُويٌّ sözündə hərəkəli bir vav və hərəkəsiz bir ya hərfi yanaşı gəlmişdir. Bu səbəbdən i'lal üçün zəmin hazırlanmışdır. Qayda üzrə hərəkəli vav, hərəkəsiz ya hərfinə çevrilmişdir və feilimiz مَخْشُيْيٌ olmuşdur. مَخْشُيْيٌ feilində də eyni cinsdən iki hərf (əsli ya hərfi ilə vav hərfindən muncalib ya) yanaşı gəldiyinə görə idqam lazım olmuşdur və feilimiz مَخْشُيٌّ halına gəlmişdir. İkinci qayda üzrə muncalib vav hərfinin mə qabli damməli olarsa, bu dammə kəsrəyə çevrilir və feilimiz مَخْشِيٌّ son halını alır. Qeyd: Feillərin əsllərindən də göründüyü kimi, bu iki feil ism-i məf'uldur.

سَيِّدٌ مَيِّتٌ
سَيْوِدٌ مَيْوِتٌ
سَيْيِدٌ مَيْيِتٌ
سَيِّدٌ مَيِّتٌ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 7. Qayda
🎓
Xoş gəldiniz! Sual soruşun!